BAKI,VOA, Fərid Mikayılov
FIFA rəsmiləri Iranın Dünya Kubokundakı iştirakı ilə bağlı İran Futbol Federasiyasının nümayəndələri ilə görüş keçirəcək.
VOA xəbər verir ki, FIFA-nın baş katibi Mattias Grafström Istanbulda İran futbol rəsmiləri ilə bir araya gələcək.
Görüşün əsas məqsədi İran millisinin turnirdə iştirak imkanları ilə bağlı narahatlıqları aradan qaldırmaq və federasiyaya təminat verməkdir.
Qeyd olunub ki, İran millisi qrup mərhələsindəki hər üç oyununu ABŞ-da keçirməlidir.
Lakin ABŞ və İsrailin fevralın sonunda İrana hücumlarından sonra komandanın 11 iyun – 19 iyul tarixlərində keçiriləcək turnirdə iştirakı ilə bağlı qeyri-müəyyənlik yaranıb.