Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

    3 İyul 2026 22:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə etdiyi videomüraciətdə ölkənin immiqrantları qəbul etmək ənənəsini yüksək qiymətləndirib və amerikalıları Müstəqillik Bəyannaməsində əks olunan prinsiplərə sadiq qalmağa çağırıb.

    VOA xəbər verir ki, Papa XIV Leo çıxışını Vatikan şəhərindən Filadelfiyadakı Milli Konstitusiya Mərkəzinə videobağlantı vasitəsilə edərək Azadlıq Medalı ilə təltif olunub.

    Pontifik bildirib ki, "Amerika" adı dünyada azadlığın rəmzinə çevrilib və bunda ölkənin uzun illər immiqrantlara qucaq açmasının mühüm rolu olub.

    O qeyd edib ki, ABŞ-ın müstəqilliyinin 250 illiyi ölkənin təməl prinsiplərinə yenidən nəzər salmaq və "azad insanların və cəsurların vətəni" idealına sadiqliyini qorumaq üçün mühüm fürsətdir.

    Papa XIV Leo ümid etdiyini bildirib ki, ABŞ-ın qurucu atalarının irəli sürdüyü birlik, ədalət və sülh prinsipləri ölkənin gələcək inkişafına yol göstərəcək.

    Pontifik çıxışında, həmçinin, dövləti insan həyatının mayalanma anından təbii ölümədək hüquqi müdafiəsini təmin edən qanunlar qəbul etməyə çağırıb.

    O, heç bir ABŞ siyasətçisinin adını çəkməsə də, ölkədə uzunmüddətli problemlərin yalnız birlik və dəyişməz dəyərlər əsasında həll oluna biləcəyini vurğulayıb.

    Papa XIV Leo daha əvvəl də miqrantlara qarşı sərt münasibətin gələcəkdə tarix tərəfindən mənfi qiymətləndiriləcəyini bildirmişdi.

    #ABŞ #Vatikan #Papa XIV Leo #Filadelfiya #immiqrasiya #Milli Konstitusiya Mərkəzi #Azadlıq Medalı #Müstəqillik Bəyannaməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    22 Avqust 2026 21:52

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.