Livanın cənubunda yerləşən Cəzzin yolunda jurnalistlərin olduğu və üzərində "Mətbuat" (Press) nişanı olan avtomobilə İsrail ordusu tərəfindən hava zərbəsi endirilib. Hücum nəticəsində "Al Mayadeen" telekanalının əməkdaşları Fatimə Ftuni və qardaşı Məhəmməd Ftuni, habelə "Al-Manar" telekanalının tanınmış müxbiri Əli Şuaib həyatını itirib.
Axtarış nəticələri "İsrail ordusu" (1841)
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların 29-cu günündə Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) münaqişəyə rəsmi şəkildə qatıldığını elan edib. Hərəkatın hərbi sözçüsü Yəhya Səri ilk dəfə olaraq İsrailin cənubundakı hərbi obyektlərə qarşı ballistik raketlərdən istifadə edildiyini bildirib. İsrail mediasının məlumatına görə, Yəmən istiqamətindən atılan raketlər səbəbindən Dimona, Beer-Şeva və Eylat şəhərlərində hava həyəcanı siqnalları işə düşüb. "Peykan" (Arrow) hava hücumundan müdafiə sistemi tərəfindən bir raketin zərərsizləşdirildiyi bildirilir. Eyni zamanda, İsrail ordusu Tehranın müxtəlif nahiyələrinə hava zərbələri endirdiyini, İran tərəfi isə İsrailin mərkəzi hissəsinə raket zərbəsi ilə cavab verdiyini açıqlayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
İsrail ordusunun şənbə günü səhər saatlarında Qəzza şəhərinin şərqindəki Şücayə məhəlləsinə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücum nəticəsində bir fələstinli həyatını itirib, digəri isə ağır yaralanıb.
İsrail ordusu İranın Yəzd şəhərində həyata keçirdiyi hava zərbəsi ilə dəniz raketləri və minaları istehsal edən mühüm bir obyekti hədəfə aldığını iddia edib. İsrail tərəfi hücumun hərbi və dəniz kəşfiyyat qurumlarının birgə fəaliyyəti nəticəsində həyata keçirildiyini və İranın dəniz hərbi potensialına ciddi zərbə vurulduğunu iddia edir
Livanın cənubundakı Mərcayun bölgəsində gərginlik artıb. Hizbullah qruplaşması Kantara qəsəbəsi yaxınlığında İsrail ordusuna məxsus iki döyüş tankına raket zərbələri endirdiyini iddia edib. Qruplaşmanın yaydığı rəsmi bəyanatda bölgə boyu ümumilikdə yeddi İsrail tankının hədəf alındığı qeyd olunur. İsrail ordusu hələlik bu iddialarla bağlı hər hansı rəsmi açıqlama verməyib.
Tarix bu gün qlobal miqyaslı sülh müqavilələrinin imzalanmasına, yeni dövlətlərin yaranmasına və bütün dünyanı sarsıdan hərbi müdaxilələrə şahidlik edib.
İsrailin nüfuzlu "Channel 12" telekanalı hökumət dairələrindəki mənbələrinə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv ABŞ Prezidenti Donald Trampın gələn şənbə gününə qədər İranda atəşkəs elan edəcəyi ehtimalına qarşı ciddi hazırlıq görür. Bu xəbər regionda 28 fevraldan bəri davam edən genişmiqyaslı müharibənin gedişatında kəskin dönüş nöqtəsi kimi qiymətləndirilir.
İsrail Ordusu (SAXAL) Livanın cənubunda keçirdiyi növbəti hərbi reyd zamanı "Hizbullah"ın çətiri altında fəaliyyət göstərən "Livan Müqavimət Briqadaları"nın (Saraya al-Muqawama al-Lubnaniyya) sahə komandirini əsir götürdüyünü elan edib. Əməliyyatın görüntüləri İsrail hərbi komandanlığı tərəfindən rəsmi olaraq paylaşılıb.
"Hizbullah" hərəkatının rəhbəri Naim Qasim İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hava və quru əməliyyatları fonunda ölkədə milli birliyə çağırıb. Çərşənbə günü verdiyi bəyanatda Qasim İsrailin hücumlarına qarşı "limit tanımadan" mübarizəni davam etdirəcəklərini vurğulayıb. Naim Qasim Livanın hazırda iki seçim qarşısında olduğunu bildirib: "Ya torpaqlarımızdan imtina edib təslim olmalı, ya da qaçılmaz müqaviməti seçməliyik".
İsrail ordusu, atəşkəs elan olunmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından bu yana davam edən hərbi əməliyyatlarda yaşanan itkilərlə bağlı son rəsmi məlumatları paylaşıb. Nazirliyin yazılı açıqlamasında bildirilir ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara daha 2 meyit və 11 yaralı gətirilib. Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 689 nəfərin öldürüldüyü, 1860 nəfərin yaralandığı, dağıntılar altından isə 756 cənazənin çıxarıldığı qeyd edilib.
"Hizbullah"ın Baş katibi Naim Qasım 30 iyul 2025-ci ildə, qrup liderlərindən Fuad Şükürün sui-qəsdinin ildönümündə bu ifadəni yüksək tonla işlədərək, təşkilatın İsrailə qarşı mövqeyinin sarsılmazlığını və müqavimət seçimini vurğulamışdı. ABŞ-ın bölgədəki hərbi yığınağının artması və Prezident Trampın İranın Ali Rəhbəri Əli Xameneyini hədəf alan sui-qəsd təhdidləri fonunda Naim Qasımın 26 yanvar 2026-cı il tarixindəki mövqeyi aydın idi: "Hizbullah Trampın təhdidlərinə qarşı bütün tədbirlər və hazırlıqlarla müqavimət göstərəcək, çünki İmam Xameneyiyə toxunmaq bölgədə və dünyada sabitliyin sui-qəsdi deməkdir".
İsrail ordusunun ərəbdilli xidmətinin sözçüsü tərəfindən yayılan bəyanatda bildirilir ki, "Hizbullah"ın fəaliyyəti səbəbindən bu bölgələrdə genişmiqyaslı hərbi əməliyyatlar qaçılmazdır. Əhalidən vaxt itirmədən aşağıdakı istiqamətdə hərəkət etmək tələb olunur:
İsrail ordusu ABŞ ilə birgə həyata keçirdiyi əməliyyatlar çərçivəsində fevralın 28-dən bu yana İranda 3 mindən çox hədəfi vurduğunu bəyan edib. İsrail ordusundan edilən yazılı açıqlamada Tehran rəhbərliyinə məxsus obyektlərə hücumların davam etdiyi bildirilib. Məlumatda qeyd olunub ki, İsrail döyüş təyyarələri fevralın 28-də ABŞ ilə birlikdə başladığı hücumlarda İran ərazisində 3 mindən çox hədəfə zərbə endirib.
İran İsrailin cənubunda yerləşən Arad və Dimona şəhərlərini hədəf alan yeni cavab zərbələri həyata keçirib. İsrail ordusundan edilən yazılı açıqlamada İrandan atıldığı müəyyən edilən raketlərin qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilib. Hücum təhlükəsi altında olan bölgələrdə mobil telefonlara xəbərdarlıq mesajları göndərilib və əhalidən növbəti bildirişə qədər sığınacaqlarda qalmaları istənilib.
ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti İsrailin yüksək rütbəli hərbi rəhbərliyinə istinadən xəbər verir ki, Təl-Əviv Livan cəbhəsində hərbi əməliyyatların intensivliyini artırmaq niyyətindədir. VOA xəbər verir ki, İsrail generallarının sözlərinə görə, ordunun qarşısında duran başlıca vəzifə "Hizbullah" qruplaşmasına bərpası mümkün olmayan zərbələr endirməkdir.
Tarix bu gün qlobal siyasi arxitekturanı dəyişən kütləvi inqilablara, ağır hərbi müdaxilələrə və bəşəriyyəti xilas edən elmi ixtiralara şahidlik edib.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi strategiyası ilə bağlı növbəti sərt bəyanatını verib. Baş nazir vurğulayıb ki, İsrail ordusu qarşıya qoyulan məqsədlərə çatmaq və milli maraqları təmin etmək üçün həm İranda, həm də Livanda hərbi əməliyyatları dayandırmayacaq. Netanyahunun sözlərinə görə, hücumların əsas hədəfi düşmənin strateji imkanlarını tamamilə sıradan çıxarmaqdır: "Biz İran və Livanda zərbələr endirməyə davam edəcəyik ki, raket proqramını, nüvə infrastrukturunu və Hizbullahın rəhbərliyini tamamilə məhv edək."
ABŞ Prezidenti Donald Trampın Tehranın dezinformasiya kampaniyalarında süni intellektdən (Sİ) istifadə etməsi barədə bəyanatı təsadüfi bir iddia deyil. İran daxili və xarici ictimai rəyi istiqamətləndirmək üçün informasiya əməliyyatlarından istifadə sahəsində uzunmüddətli tarixə malikdir. Lakin bu gün şahid olduğumuz mənzərə sadəcə bu fəaliyyətlərin davamı deyil; alətlərin keyfiyyətində, icra sürətində və təsir dairəsində baş verən köklü bir transformasiyadır.
ABŞ Prezidenti Trampın İranın enerji infrastrukturuna hücum planını 5 gün müddətinə təxirə saldığını açıqlamasından dərhal sonra, İsrail ordusu paytaxt Tehrana qarşı yeni bir hərbi əməliyyat başladığını duyurub. Vaşinqtonun hücumları müvəqqəti dayandırmaq qərarına baxmayaraq, İsrail tərəfi Tehranın strateji nöqtələrini hədəf almağa davam edir. Paytaxtın müxtəlif ərazilərindən partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi bildirilir. İsrail rəsmiləri bu hücumların "təhlükəsizlik təhdidləri tamamilə aradan qaldırılana qədər" davam edəcəyini vurğulayıblar.
İsrail ordusu, atəşkəs elan olunmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından bu yana davam edən hücumlarda yaşanan can itkiləri ilə bağlı son məlumatları paylaşıb. Nazirliyin yazılı açıqlamasında bildirilir ki, Ramazan bayramının başladığı 20 mart tarixindən bəri Qəzzadakı xəstəxanalara 9 meyit və 30 yaralı gətirilib. Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 687 nəfərin öldürüldüyü, 1845 nəfərin yaralandığı, dağıntılar altından isə 756 cənazənin çıxarıldığı qeyd edilib.
İsrailin İrana qarşı cavab tədbirlərini əsas gətirərək təxminən 20 gün bağlı saxladığı, lakin bir neçə gün əvvəl piyadaların keçidi üçün məhdud şəkildə açdığı Rəfah Sərhəd Keçid Məntəqəsindən 28 fələstinli Qəzza zolağına qayıdıb. Xəstəxana mənbələrindən alınan məlumata görə, aralarında qadın və uşaqların da olduğu Misirdən gələn 28 nəfər Xan Yunisdəki Nasir Xəstəxanasına çatıb. Uzun fasilədən sonra ailələri və yaxınları ilə bir araya gələn fələstinlilər duyğulu anlar yaşayıblar.
Tarix bu gün qlobal ticarət yollarının iflic olmasına, faşizmin rəsmi təməllərinin atılmasına və kosmik epoxanın böyük simvollarından birinin sulara qərq olmasına şahidlik edib
İran ordusu ölkənin cənubunda ABŞ-a məxsus olduğu iddia edilən F-15 tipli qırıcı təyyarəni hava hücumundan müdafiə sistemləri ilə vurduğunu açıqlayıb. Məlumata görə, vurulan təyyarə Hörmüz adası yaxınlığında dənizə düşüb. İran dövlət televiziyası Hava Hücumundan Müdafiə Birgə Qərargahının bəyanatına istinadən xəbər yayıb. Bildirilib ki, bir neçə saat əvvəl düşmənə məxsus F-15 qırıcısı ölkənin cənub sərhədlərində hədəfə alınıb. Ordu qüvvələrinin "yer-hava" tipli raket sistemləri ilə vurduğu təyyarənin Bəsrə körfəzindəki Hörmüz adası yaxınlığında "suya batdığı" qeyd edilib. Hazırda təyyarənin taleyi və qalıqları ilə bağlı araşdırma başladılıb.
ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi sərt bəyanatda İranın enerji infrastrukturunu tamamilə darmadağın etməklə hədələyib. Tramp Hörmüz boğazının 48 saat ərzində beynəlxalq naviqasiya üçün tam açılmayacağı təqdirdə, ABŞ-ın İranın ən böyük elektrik və enerji stansiyalarına sarsıdıcı zərbələr endirəcəyini bildirib.