Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran ordusu Hörmüz yaxınlığında F-15 qırıcısını vurduğunu açıqlayıb

    22 Mart 2026 21:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran ordusu Hörmüz yaxınlığında F-15 qırıcısını vurduğunu açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    İran ordusu ölkənin cənubunda ABŞ-a məxsus olduğu iddia edilən F-15 tipli qırıcı təyyarəni hava hücumundan müdafiə sistemləri ilə vurduğunu açıqlayıb. Məlumata görə, vurulan təyyarə Hörmüz adası yaxınlığında dənizə düşüb.

    VOA xəbər verir ki, İran dövlət televiziyası Hava Hücumundan Müdafiə Birgə Qərargahının bəyanatına istinadən xəbər yayıb. Bildirilib ki, bir neçə saat əvvəl düşmənə məxsus F-15 qırıcısı ölkənin cənub sərhədlərində hədəfə alınıb. Ordu qüvvələrinin "yer-hava" tipli raket sistemləri ilə vurduğu təyyarənin Bəsrə körfəzindəki Hörmüz adası yaxınlığında "suya batdığı" qeyd edilib. Hazırda təyyarənin taleyi və qalıqları ilə bağlı araşdırma başladılıb.

    Hələlik nə ABŞ, nə də İsrail tərəfi F-15 təyyarəsinin vurulması ilə bağlı iddialara rəsmi reaksiya verməyib. Lakin bu hadisə son günlərdə baş verən silsilə itkilərin davamı kimi qiymətləndirilir. Belə ki, İran tərəfi martın 19-da ABŞ-a məxsus F-35, ötən gün isə İsrailin F-16 qırıcısını vurduğunu elan edib.

    Xatırladaq ki, ABŞ ordusu hədəf alınan F-35-in bölgə ölkələrindən birindəki bazaya "sərt eniş" etdiyini iddia edərək vurulma faktını qismən təkzib edib. İsrail tərəfi isə F-16 təyyarəsinin İran tərəfindən nişan alındığını, lakin heç bir zərər görmədiyini bildirib. İran tərəfi isə hər iki halda təyyarələrin ciddi xəsarət aldığını və ya sıradan çıxdığını müdafiə edib.

    Hazırda bölgədə quru əməliyyatının hər an başlaya biləcəyi ehtimalı ilə əlaqədar İran ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

    #İran ordusu Hörmüz yaxınlığında F-15 qırıcısını vurduğunu açıqlayıb #ABD ve İsrail'e ağır darbe: İran #Hürmüz Adası yakınlarında F-15 düşürdü #Iran claims shooting down F-15 fighter jet near Hormuz Island #Иран заявил о сбитом истребителе F-15 в районе острова Ормуз
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    Regional ölkələr İran müharibəsindən çıxış yolunu danışıqlarda görür

    28 Avqust 2026 18:08

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    Dəniz blokadası İran iqtisadiyyatını çökdürəcək - Bessent

    28 Avqust 2026 10:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Qalibaf Qətərin Baş naziri ilə görüşdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb

    27 Avqust 2026 19:00

    İran rəsmiləri Xark adasındakı neft infrastrukturuna baxış keçiriblər

    27 Avqust 2026 18:56

    İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir

    27 Avqust 2026 18:29

    Ölkədə mal qıtlığı yoxdur, əsas problem yüksək qiymətlərdir - İran

    27 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.