Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Naim Qasimdən Livan xalqına çağırış - Atəş altında danışıqlar təslim olmaq deməkdir

    25 Mart 2026 18:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Naim Qasimdən Livan xalqına çağırış - Atəş altında danışıqlar təslim olmaq deməkdir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    "Hizbullah" hərəkatının rəhbəri Naim Qasim İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hava və quru əməliyyatları fonunda ölkədə milli birliyə çağırıb. Çərşənbə günü verdiyi bəyanatda Qasim İsrailin hücumlarına qarşı "limit tanımadan" mübarizəni davam etdirəcəklərini vurğulayıb.

    VOA xəbər verir ki, Naim Qasim Livanın hazırda iki seçim qarşısında olduğunu bildirib: "Ya torpaqlarımızdan imtina edib təslim olmalı, ya da qaçılmaz müqaviməti seçməliyik".

    Qasim rəsmi Beyrutun İsraillə birbaşa təmas qurmaq cəhdlərinə və beynəlxalq vasitəçilik təkliflərinə sərt reaksiya verib:

    "Atəş altında düşmənlə danışıqlar aparmaq Livana təslimçiliyi diktə etmək və ölkəni müdafiə imkanlarından məhrum etməkdir".

    "Hazırkı mərhələdə yeganə hədəf İsrail-ABŞ təcavüzünü dayandırmaq, torpaqları və xalqı azad etməkdir. Digər bütün məsələlər sonra müzakirə oluna bilər".

    Xatırladaq ki, 28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən sonra, mart ayının əvvəlindən etibarən "Hizbullah"ın İsrail ərazilərinə raket zərbələri endirməsi ilə Livan cəbhəsində gərginlik pik həddə çatıb.

    İsrailin hücumları nəticəsində Livanda 1072-dən çox insan həlak olub, 1,2 milyondan çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

    İsrail ordusu "Hizbullah" infrastrukturunu məhv etmək məqsədilə Livan ərazisinin dərinliklərinə doğru quru əməliyyatlarını genişləndirib.

    İsrailin maliyyə naziri Bezalel Smotriç kimi ultra-sağçı siyasətçilər Livanın cənubunun ilhaq edilməsi çağırışlarını ediblər ki, bu da Fransa prezidenti Emmanuel Makron başda olmaqla dünya liderləri tərəfindən kəskin pislənilib.

    Livanın rəsmi hökuməti "Hizbullah"ın hərbi fəaliyyətini qanundankənar elan etdiyini və İsraillə birbaşa danışıqlara başlamaq istədiyini bəyan etsə də, İsrailin müdafiə naziri İsrail Katz İsrailin şimalı tam təhlükəsiz olana qədər cənubi livanlıların evlərinə qayıda bilməyəcəyini vurğulayıb.

    #Naim Qasimdən sərt bəyanat: İsraillə danışıqlar masasına oturmayacağıq. #Livanda humanitar fəlakət: 1000-dən çox ölü #1 milyondan çox qaçqın. #Hizbullah lideri: Atəş altında müzakirə təslim olmaq deməkdir. #Cənubi Livan ilhaq edilir? İsrailli nazirlərin çağırışları dünyanı ayağa qaldırıb.
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    24 Avqust 2026 10:09

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    24 Avqust 2026 10:01

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    24 Avqust 2026 09:23

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    23 Avqust 2026 15:00

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.