Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu

    31 İyul 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Fərid Mikayılov

    Türkiyənin müdafiə sənayesi sərgisi olan İDEF-2025 yalnız Türkiyə üçün deyil, Azərbaycan və ümumilikdə Türk-İslam dünyası üçün strateji əhəmiyyət daşıyır.

    AzerVoice xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktor müavini, “Turkic.World” media platformasının rəhbəri və siyasi şərhçi Rufiz Hafizoğlu TRT Avaz kanalına verdiyi müsahibədə bildirib.

    Onun sözlərinə görə, sərgi yalnız texnoloji təqdimatla kifayətlənmir, həm də Azərbaycan və Türkiyənin müdafiə potensialının dünya ictimaiyyətinə tanıdılması baxımından vacib platformadır.

    “Bu sərgi Azərbaycanın hərbi texnologiyalarının və silah sənayesinin tanıdılması üçün atılmış çox ciddi addımdır. Bugünkü dünyada silah istehsal edən çox sayda ölkə var, lakin Türkiyə silahlarının əsas fərqi odur ki, onlar artıq real müharibələrdə sınaqdan çıxıb və öz sözünü deyib,” – deyə Hafizoğlu vurğulayıb.

    Hafizoğlu Türkiyə istehsalı silahların digər ölkələrdən fərqli olaraq işğal məqsədilə istifadə edilmədiyini, əksinə, müdafiə və azadlıq mübarizələrində ön plana çıxdığını bildirib.

    “Türkiyə silahlarını Qarabağda, Liviyada gördük. Amma heç kim deyə bilməz ki, Türkiyə silahları işğal üçün istifadə olunub. İranın raketlərini isə Rusiya Ukraynada işğal məqsədilə istifadə etdi. Bu, Türkiyənin fərqini açıq göstərir” – deyə o qeyd edib.

    Müsahibəsində siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yalnız ikitərəfli münasibətlər deyil, bütövlükdə Türk dövlətləri arasında artan inteqrasiyanın əsas dayağıdır.

    “Dünyada bir çox siyasi birliklər var – Ərəb Birliyi, Afrika Birliyi, lakin onların zəifliyinin səbəblərindən biri hərbi əməkdaşlığın olmamasıdır. Azərbaycan və Türkiyə arasında keçirilən ortaq təlimlər, hərbi koordinasiya Türk dünyasının gələcəyi üçün mühüm faktordur” – deyə Hafizoğlu əlavə edib.

    O, eyni zamanda, Azərbaycanın Yaxın Şərqdə yeni rol oynamağa başladığını və bu prosesdə Türkiyənin mühüm strateji dəstəyinə arxalandığını vurğulayıb.

    “Azərbaycanın xarici siyasəti balanslı və prinsipialdır. Müharibə dönəmində belə diplomatiya qapılarını bağlamadı. Bu gün biz artıq yeni bir mərhələdəyik – Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başlanır. Bu, Azərbaycanın təkcə regional güc olmadığını, bölgəyə açılım etdiyini göstərir” – deyə Hafizoğlu qeyd edib.

    Onun sözlərinə görə, Suriyada sabitliyin bərqərar olması və terror təşkilatlarının neytrallaşdırılması baxımından Azərbaycan və Türkiyə həlledici rol oynaya bilər. Hafizoğlu Azərbaycanın Suriyada fərqli sahələrə strateji yatırımlar edəcəyini də istisna etməyib.

    #Türkiyə #Azərbaycan #Bakı #Rufiz Hafizoğlu #Türkiyə müdafiə sənayesi #Ankara #Müdafiə Sənayesi Nazirliyi #Dəməşq #İkinci Qarabağ müharibəsi #Suriya-Azərbaycan təbii qaz layihəsi #Suriya-Türkiyə-Azərbaycan üçtərəfli əlaqələr #IDEF 2025 sərgisi #Bakı-Ankara Strateji Əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    2 Sentyabr 2026 11:18

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48
    XƏBƏR LENTİ

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.