Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

    4 Avqust 2026 14:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Qəzza zolağında 2023-cü ildə İsrailin hava zərbələri nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsayinə ailələrinin 112 üzvünün nəşi dağıntılar altından çıxarılaraq iki il yarımdan sonra kütləvi şəkildə dəfn edilib. Mərasim Qəzzada müharibənin başlanmasından bəri keçirilən ən böyük cənazələrdən biri kimi qiymətləndirilir.

    Məlumata görə, söhbət 2023-cü il noyabrın 22-də Qəzza şəhərinin əs-Sabra məhəlləsində baş vermiş hücum zamanı həlak olan şəxslərdən gedir. Fələstin mənbələrinin bildirdiyinə əsasən, həmin hücum nəticəsində Əbu Şəriə və Əl-Həsayinə ailələrinin ümumilikdə 308 üzvü həyatını itirib. Onların arasında 40 uşaq, 30 qadın və 7 əlilliyi olan şəxs də olub.

    Xilasetmə qrupları son günlər dağıntılar altından 112 nəfərin qalıqlarını çıxarmağa nail olub. Bununla belə, onlarla şəxsin taleyi hələ də naməlum olaraq qalır. Məlumatlara görə, təxminən 157 nəfər ya dağıntılar altında itkin düşmüş hesab edilir, ya da onların aqibəti hələ müəyyənləşdirilməyib.

    Dəfn mərasimi zamanı şəhidlərin fotolarının əks olunduğu böyük lövhələr nümayiş etdirilib, həmçinin Qəzzada müharibənin dayandırılması və humanitar vəziyyətin yaxşılaşdırılması ilə bağlı çağırışlar səsləndirilib.

    Qəzzanın Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Bəsəl mərasimi "Qəzzanın şahid olduğu ən ağrılı və misilsiz səhnələrdən biri" adlandırıb. Onun sözlərinə görə, 100-dən çox insanın eyni vaxtda dəfn olunması son onilliklərdə Fələstin tarixinin ən böyük cənazə mərasimlərindən biri hesab olunur.

    Fələstin Milli Təşəbbüsünün baş katibi Mustafa Bərğuti isə bu mərasimin "Fələstin tarixinin ən böyük cənazəsi" ola biləcəyini bildirib. O qeyd edib ki, nəşlər iki ildən artıq müddətdə dağıntılar altında qaldıqdan sonra tapılıb.

    Ekspertlər və hüquq müdafiəçiləri bildirirlər ki, bu hadisə Qəzzada müharibənin humanitar nəticələrinin miqyasını bir daha nümayiş etdirir. Onların sözlərinə görə, minlərlə ailə hələ də yaxınlarının taleyi barədə məlumat gözləyir, çoxsaylı nəşlər isə dağıntılar altında qalmaqda davam edir.

    Bu hadisə İsrail ilə HƏMAS arasında qüvvədə olan atəşkəs razılaşmasının tez-tez pozulduğu bir dövrə təsadüf edir. Fələstin tərəfinin məlumatına görə, atəşkəsin qüvvəyə minməsindən sonra da çoxsaylı insan həlak olub və yaralanıb.

    Qeyd edək ki, müharibə nəticəsində Qəzza zolağında yaşayış məntəqələri və infrastrukturun böyük hissəsi dağılıb. Fələstinli ailə birlikləri beynəlxalq ictimaiyyəti dağıntıların təmizlənməsi, itkin düşənlərin axtarışı və Qəzzanın bərpası istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıblar.

    #Qəzza müharibəsi #Qəzza humanitar böhranı #Qəzzada mülki itkilər #İsrail Hava Zərbələri #Qəzzada kütləvi dəfn #Fələstinli ailələrin faciəsi #dağıntılar altından çıxarılan cənazələr #Qəzzada itkin düşənlər #Qəzza Mülki Müdafiə Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

    20 Avqust 2026 15:31

    İsrail 2 il sonra Hind Rəcəbin öldürülməsini etiraf edib

    20 Avqust 2026 09:31

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Qəzza və Sudan yardım işçiləri üçün ən təhlükəli bölgələrdir - BMT

    19 Avqust 2026 13:47

    İsrailin Livanın cənubuna zərbələri nəticəsində 7 nəfər ölüb

    15 Avqust 2026 13:55

    Netanyahu Britaniyanı «İslam Respublikası» adlandırdı

    14 Avqust 2026 16:40

    Trampın 20 bəndlik planı masada: Kuşner Yaxın Şərqə səfərə hazırlaşır

    14 Avqust 2026 09:03

    Netanyahu Qəzza məsələsində Trampa qarşı çıxır - səbəb nədir?

    13 Avqust 2026 09:00

    Kolumbiya Universitetinə qarşı məhkəmə iddiası: Fələstinlilərin hədəf alındığı bildirilir

    12 Avqust 2026 14:14

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    23 İyul 2026 10:38

    Qəzzada müharibənin 1000-ci günü - Fələstinliləri nə gözləyir?

    2 İyul 2026 10:40
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.