İsrail hakimiyyəti HƏMAS hərəkatının Qəzza zolağındakı silahlı qanadının yeni rəhbəri Məhəmməd Odenin İsrail ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyünü bəyan edib. İsrail Müdafiə naziri Israel Kats sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “HƏMAS terror təşkilatının silahlı qanadının rəhbəri məhv edilib”. HƏMAS tərəfindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
#İsrail Hava Zərbələri
İsrailin Livanın Sur şəhəri və ətraf ərazilərinə hücumları daha da intensivləşib. Bölgədə qırıcı təyyarələr və pilotsuz aparatların fəallığı artıb, 11 yaşayış məntəqəsi üçün məcburi köçürülmə əmri verilib. Minlərlə insanın təhlükə ilə üzləşdiyi bildirilir.
ABŞ-ın paytaxtı Vaşinqtonda bu gün Livan və İsrail arasında yeni danışıqlar raundu keçirilir. ABŞ vasitəçiliyi ilə baş tutan görüşlər İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan cəmi bir gün sonraya təsadüf edir. Son hücumlar nəticəsində azı 22 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. İsrail ordusunun endirdiyi zərbələr Livanın cənubundakı yaşayış məntəqələrini, avtomobilləri və Beyrutla ölkənin cənubunu birləşdirən sahil yolunu hədəfə alıb. Gərginliyin artması ötən ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verir. İsrail ordusu bildirib ki, əməliyyatlar zamanı “Hizbullaha məxsus silah anbarları, raket qurğuları və hərbi infrastruktur” vurulub. Buna cavab olaraq Hizbullah İsrail qüvvələrinin Həddəta yaşayış məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldıqlarını, həmçinin İsrail hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb.
İsrailin Livanda həyata keçirdiyi bir sıra hava və dron zərbələri nəticəsində 12 nəfər həlak olub. Ölənlər arasında uşaqlar da var. Hücumlar əsas döyüş bölgəsindən kənarda, Beyrutdan 20 km cənubda yerləşən sahil magistralında avtomobillər hədəf alınıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zərbələr nəticəsində 8 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. D