Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Dünyanın ən böyük azad ticarət bölgəsi yaradılır: Aİ və Hindistan razılaşdı

    24 Aprel 2026 18:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünyanın ən böyük azad ticarət bölgəsi yaradılır: Aİ və Hindistan razılaşdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    2025-ci ilin yanvarında ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi qlobal ticarət balanslarını dəyişdirib.

    VOA xəbər verir ki,Vaşinqtonun xarici ölkələrə qarşı tətbiq etdiyi yeni gömrük tariflərinə cavab olaraq, Avropa İttifaqı strateji bir addım ataraq Hindistan ilə iqtisadi və hərbi əlaqələrini ən yüksək səviyyəyə çatdırıb. Aprelin 2-də Ağ Evin elan etdiyi sərt ticarət məhdudiyyətləri Avropa Komissiyasını illərdir ləngiyən "Azad Ticarət Sazişi" danışıqlarını sürətləndirməyə sövq edib.

    Aİ Komissiyasının sədri Ursula fon der Lyayen bu sazişi "ticarət müqavilələrinin anası" adlandıraraq bildirib ki, bu tərəfdaşlıq 2 milyardlıq nəhəng bir bazarı əhatə edəcək. Yeni sənədə əsasən, Avropalı ixracatçıların hər il ödədiyi təxminən 4 milyard avroluq gömrük vergisi aradan qaldırılacaq. Eyni zamanda, tərəflər dəniz təhlükəsizliyi, kiberhədələr və terrorla mübarizəni əhatə edən "Təhlükəsizlik və Müdafiə Ortaklığı" imzalayaraq əməkdaşlığı hərbi sahəyə də daşıyıblar.

    Mütəxəssislərin fikrincə, bu yaxınlaşma təkcə ticarət deyil, həm də enerji təhlükəsizliyi ilə bağlıdır. Stanford Universitetinin eksperti Tomas O'Kif qeyd edir ki, Aİ-nin enerji tədarükünü Rusiyadan ABŞ-ın mayeləşdirilmiş qazına (LNG) keçirməsi hələ də tam sabitlik gətirməyib və Hindistanla əməkdaşlıq alternativ axtarışının bir hissəsidir. EPC eksperti Anna Krouford isə xəbərdarlıq edir ki, bu tərəfdaşlıq qısa müddətdə birbaşa yanacaq tədarükündən çox, günəş və külək enerjisi kimi yaşıl texnologiyaların təchizat zəncirinə töhfə verəcək.

    "Atlantic Council" analitikləri vurğulayırlar ki, Aİ-Hindistan blokunun yaradılması ABŞ və Çinin qlobal ticarət sistemindəki artan təzyiqlərinə birbaşa cavabdır. Trampın 2025-ci ildəki tarif təhdidləri Hindistanın Avropaya tərəf strateji dönüşünü sürətləndirib. Baxmayaraq ki, hər iki tərəfdə sazişin tam qüvvəyə minməsi üçün mürəkkəb hüquqi prosedurlar qalır, bu addım 21-ci əsrin ən həlledici iqtisadi ittifaqlarından biri kimi qiymətləndirilir.

    #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Hindistan #Ursula fon der Leyen #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistanda gənclərin etirazları hökumətə təzyiqi artırır - Yeni danışıqlar gözlənilir

    25 İyul 2026 12:08

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    25 İyul 2026 11:43

    Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək

    25 İyul 2026 09:36

    Trampın gömrük tarifləri növbəti hüquqi mübahisənin mövzusu olub

    24 İyul 2026 22:08

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Netanyahu gələn həftə Vaşinqtonda Donald Trampla görüşəcək

    24 İyul 2026 18:44

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37

    Trampdan İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq - Zərərlər dondurulmuş aktivlər hesabına ödəniləcək

    24 İyul 2026 10:14

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    23 İyul 2026 21:29

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    23 İyul 2026 20:49

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edəcək - Husilər

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    Yəmən Səudiyyəyə raket zərbələri endirdib

    Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

    TÜRKPA-dan ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən düzəlişlə bağlı bəyanat

    Hindistanda gənclərin etirazları hökumətə təzyiqi artırır - Yeni danışıqlar gözlənilir

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    Ukrayna Belarus sərhədini möhkəmləndirməyə davam edir

    Antonio Quterreş Suriyaya səfər edən ilk BMT Baş katibi olacaq

    Si Cinpin Qırğızıstana səfər edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.