Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tramp Hörmüz boğazı ilə bağlı Pakistanın təklifini nəzərdən keçirəcəyinə söz verib

    20 Aprel 2026 17:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Hörmüz boğazı ilə bağlı Pakistanın təklifini nəzərdən keçirəcəyinə söz verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Pakistan hökumət rəsmilərinin verdiyi məlumata görə, ölkənin Baş Qərargah rəisi mareşal Asım Munir ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

    VOA xəbər verir ki, İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında planlaşdırılan ikinci raund müzakirələr ərəfəsində keçirilən bu görüşdə əsas müzakirə mövzusu Hörmüz boğazındakı vəziyyət olub.

    Mareşal Munir söhbət zamanı ABŞ Prezidentinə Hörmüz boğazının dəniz blokadasında saxlanılmasının İran tərəfi ilə aparılan danışıqlarda ciddi maneə törətdiyini bildirib. O, blokadanın aradan qaldırılmasının diplomatik prosesin uğuru üçün vacib olduğunu vurğulayıb. Donald Trampın isə buna cavab olaraq Pakistanın təklifini nəzərə alacağını və bu məsələni nəzərdən keçirəcəyini ifadə etdiyi qeyd olunub.

    Pakistan rəsmiləri Vaşinqtondan gələn və ABŞ-ın "öncü heyətini" daşıyan iki təyyarənin artıq İslamabada endiyini təsdiqləyiblər. Buna baxmayaraq, müzakirələrin gələcəyi hələ də sual altındadır. İranın rəsmi mətbuatı və Devrim Mühafizələri (SEPAH) bəyan edib ki, ABŞ donanmasının Hörmüz boğazındakı blokadası tamamilə qaldırılmayana qədər İran heyəti müzakirə masasına oturmayacaq. Tehran blokadanı mövcud atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.

    Xatırladaq ki, aprelin 8-də qüvvəyə minən iki həftəlik müvəqqəti atəşkəs fonunda Pakistan hər iki tərəf arasında vasitəçilik səylərini davam etdirir. İran Prezidenti Məsud Pezeşkiyan da son açıqlamasında müharibənin heç kimin maraqlarına xidmət etmədiyini və gərginliyi azaltmaq üçün bütün diplomatik yollardan istifadə olunmasının tərəfdarı olduğunu bildirib. Hazırda dünya diplomatiyasının diqqəti İslamabadda keçirilməsi gözlənilən "İslamabad danışıqları 2.0" raunduna dikilib.

    #Pakistan #Donald Tramp #Trampın siyasətləri #Trampın iddiaları #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #Trampın Avropa siyasəti #Tramp İran siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    25 İyul 2026 18:08

    Çin və Pakistan ABŞ–İran memorandumu ilə bağlı əməkdaşlığı müzakirə etdi

    25 İyul 2026 17:49

    Növbəti prezident seçkilərində yenidən namizəd olacağam - Tramp

    25 İyul 2026 17:40

    İran rəsmisi ABŞ-İsrail hücumlarına görə qisas vəd etdi

    25 İyul 2026 17:38

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    25 İyul 2026 11:43

    Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək

    25 İyul 2026 09:36

    Trampın gömrük tarifləri növbəti hüquqi mübahisənin mövzusu olub

    24 İyul 2026 22:08

    Yəməndə yenidən genişmiqyaslı müharibə təhlükəsi artır

    24 İyul 2026 20:50

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Netanyahu gələn həftə Vaşinqtonda Donald Trampla görüşəcək

    24 İyul 2026 18:44

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37
    XƏBƏR LENTİ

    İran Prezident Administrasiyası dövlət televiziyasını senzurada ittiham edib

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    Husilər Səudiyyə zərbələrinə görə cavab veriləcəyini bəyan edib

    İran rəsmisi ABŞ və İsrailə qarşı cavab əməliyyatlarının davam edəcəyini bildirib

    İordaniya məskunlaşmaçıların hücumlarına görə İsraili məsul sayır

    İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində azı 66 fələstinlini saxlayıb

    ABŞ-ın Hörmüz boğazında ayrıca marşrut açması memorandumun şərtlərinə uyğun deyil - Əraqçi

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    Yəmən münaqişəsinin hərbi həlli yoxdur - Əraqçi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.