BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində bir daha namizəd olacağını açıqlayıb.
VOA xəbər verir ki, bu barədə Tramp çıxışı zamanı bəyan edib.
O bildirib ki, qarşıdakı prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdırır.
Qeyd edək ki, Tramp bu məsələdə daha əvvəl fərqli açıqlamalar vermişdi. O, 5 may 2025-ci ildə səkkiz illik prezidentlikdən sonra vəzifəni təhvil verəcəyini bildirmişdi.
Bundan əvvəl isə, 1 aprel 2025-ci ildə üçüncü müddətə namizədliyə hər hansı formada icazə veriləcəyi təqdirdə, keçmiş prezident Barak Obama ilə rəqabət aparmaq istədiyini demişdi.