BAKI,VOA, Fərid Mikayılov
Çinin xarici işlər naziri Vanq İ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüş keçirib.
VOA xəbər verir ki, Vanq İ bildirib ki, Çin Pakistanın ABŞ ilə İran arasında əldə olunan memorandumun formalaşmasına verdiyi töhfəni yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Pekin İslamabadın vasitəçilik səylərini dəstəkləməyə, tərəflərin dialoq və danışıqlara qayıtmasına, eləcə də uzunmüddətli atəşkəsin əldə olunmasına yardım göstərməyə davam edəcək.
Çinli nazir əlavə edib ki, Pekin ŞƏT və BMT kimi çoxtərəfli platformalarda Pakistanla koordinasiyanı gücləndirməyə, hər iki ölkənin ortaq maraqlarını və Qlobal Cənubun qanuni hüquqlarını birlikdə müdafiə etməyə hazırdır.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar isə Çinlə bütün platformalarda sıx əlaqə və koordinasiyanın qorunmasının vacibliyini vurğulayıb.