BAKI,VOA, Fərid Mikayılov
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib.
VOA xəbər verir ki, Rutte qeyd edib ki, Tramp xüsusilə dəniz yollarının açıq saxlanması ilə bağlı müraciətlərinə Avropa ölkələrinin ləng cavab verməsindən narahatdır.
“Onun müəyyən dərəcədə narazılığını görürəm. Söhbət dəniz marşrutlarının açıq saxlanması ilə bağlı çağırışlara Avropanın gec reaksiya verməsindən gedir” – deyə o vurğulayıb.
Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.
Martın 24-də isə Tramp NATO üzvlərinə müraciət edərək, İranla bağlı əməliyyatlarda daha fəal iştirak etməyə çağırmışdı.