#ABŞ-Avropa münasibətləri

ABŞ prezidenti Donald Trampın Avropa ilə tarixi tərəfdaşlığı yenidən nəzərdən keçirməsi Vaşinqtonun qlobal nüfuzu və təhlükəsizlik strategiyası ilə bağlı ciddi müzakirələrə səbəb olub. Son dövrlərdə ABŞ ilə Almaniya arasında yaranan gərginlik transatlantik münasibətlərdə dərin çatların meydana çıxdığını göstərir. Almaniya kansleri Fridrix Mertsin ABŞ-ın İran siyasətini tənqid etməsindən sonra Donald Tramp sərt cavab verərək əlavə gömrük rüsumları tətbiq edib və Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını gündəmə gətirib.

Avropa İttifaqına üzv ölkələrin nümayəndələri genişmiqyaslı mümkün hibrid hücuma hazırlıq çərçivəsində ortaq müdafiə mexanizminin aktivləşdirilməsini sınaqdan keçiriblər. Bu addım ABŞ-ın təhlükəsizlik çətirindən müəyyən uzaqlaşma fonunda və hərbi-texnoloji boşluqların artması ilə bağlı narahatlıqların gücləndiyi bir dövrə təsadüf edir.

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib. Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidlərinə münasibət bildirərək, Avropanın zərurət yaranacağı təqdirdə öz maraqlarını müdafiə etməyə tam hazır olduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı liderləri Brüsseldə qısa müddətdə bir araya gələrək gömrük rüsumu təhdidlərindən çəkinməmək mövqeyində ortaq razılığa gəliblər.