Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Aİ liderləri Brüsseldə Yaxın Şərqdəki gərginliyi və enerji təhlükəsizliyini müzakirə edəcəklər

    18 Mart 2026 12:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ liderləri Brüsseldə Yaxın Şərqdəki gərginliyi və enerji təhlükəsizliyini müzakirə edəcəklər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri 19 mart tarixində Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək Yaxın Şərqdə artan gərginliyi, İrana qarşı hərbi hücumları və bu hadisələrin enerji qiymətləri ilə enerji təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.

    VOA xəbər verir ki, Aİ Şurasının sədri Antonio Kostanın rəhbərlik edəcəyi sammitdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edəcək.

    Sammitin gündəliyi olduqca gərgindir. Liderlər əvvəlcə BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşərək Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini və beynəlxalq hüququn qorunması məsələlərini müzakirə edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də video-konfrans vasitəsilə iclasa qoşularaq cəbhədəki son vəziyyət barədə məlumat verəcək. Qeyd edək ki, Macarıstanın "Drujba" neft kəmərinə edilən hücumlardan sonra Kiyevə veriləcək 90 milyard avroluq yeni krediti veto etməsi sammitin ən çətin müzakirə mövzularından biri olacaq.

    Yaxın Şərq mövzusunda isə Aİ liderlərinin ABŞ və İsrailin İrana qarşı əməliyyatları ilə bağlı mövqelərini koordinasiya etməsi və gərginliyin azaldılması üçün çağırışlar etməsi gözlənilir. Liderlər eyni zamanda Livan hökumətinə dəstək mesajı verəcək, Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti dəyərləndirəcəklər. Sammit çərçivəsində keçiriləcək "Avro Sammiti"ndə isə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqardın iştirakı ilə iqtisadi rəqabət qabiliyyəti, rəqəmsal avro və enerji transformasiyası kimi strateji məsələlər masaya yatırılacaq.

    #Antonio Quterreş #Avropa İttifaqı (Aİ) #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #Antonio Kosta #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi

    21 Avqust 2026 12:15

    Beynəlxalq gəmiçilik təşkilatları Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxıb

    6 Avqust 2026 17:17

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    31 İyul 2026 22:31

    İran Aİ-yə Ukraynadan şikayət edib

    29 İyul 2026 16:56

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    25 İyul 2026 18:36

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    25 İyul 2026 16:20

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    23 İyul 2026 21:00

    Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

    9 İyul 2026 11:29

    BMT Baş katibi ABŞ və İranı gərginliyi azaltmağa çağırıb

    8 İyul 2026 22:25

    NATO-nun Ankara sammiti - Tramp ittifaq daxilində öz gündəliyini müəyyən edə biləcəkmi?

    6 İyul 2026 14:06

    BMT xəbərdarlıq etdi : UNRWA fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir

    1 İyul 2026 10:19

    Ərdoğan Kaya Kallası qəbul edib

    30 İyun 2026 16:52
    XƏBƏR LENTİ

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.