#Antonio Kosta

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitində iştirak edən Avropanın ali rəhbərlərinə xüsusi hazırlanmış lüks odlu silahlar hədiyyə edib. Avropa Şurasının rəsmisi bildirib ki, Antonio Koştanın mühafizə qrupu hədiyyə edilən silahı dərhal yoxlanışa götürüb. Qeyd olunub ki, silahın Belçikaya gətirilməsi və Şuranın Baş Katibliyinin təhlükəsizlik tələblərinə uyğun saxlanılması üçün rəsmi prosedurlar izləniləcək. Ursula fon der Lyayenin komandası isə silahın taleyi ilə bağlı hələlik rəsmi şərh verməyib.

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. O, bu bəyanatı Avropa İttifaqının zirvə toplantısından sonra keçirilən mətbuat konfransında səsləndirib. Fon der Lyayen ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunu mühüm fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, razılaşma Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə və regional təhlükəsizliyin güclənməsinə kömək edə bilər. Avropa Komissiyasının sədri Livandakı vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib. O, sabit və suveren Livanın Yaxın Şərqdə sülh üçün vacib olduğunu vurğulayıb. Fon der Lyayen Avropa İttifaqının Livan hakimiyyətinin silahsızlaşdırma siyasətini dəstəklədiyini qeyd edib. Antonio Koşta isə ABŞ-İran razılaşmasını bölgə üçün mühüm dönüş nöqtəsi adlandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri 19 mart tarixində Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək Yaxın Şərqdə artan gərginliyi, İrana qarşı hərbi hücumları və bu hadisələrin enerji qiymətləri ilə enerji təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. Aİ Şurasının sədri Antonio Kostanın rəhbərlik edəcəyi sammitdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edəcək.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.