Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İranın raket hücumu nəticəsində ABŞ-ın 5 yanacaqdoldurma təyyarəsi sıradan çıxıb

    14 Mart 2026 10:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın raket hücumu nəticəsində ABŞ-ın 5 yanacaqdoldurma təyyarəsi sıradan çıxıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hava bazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji texnikalara ciddi ziyan dəyib.

    VOA xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, son günlərdə həyata keçirilən hücumlar zamanı ABŞ-a məxsus 5 yanacaqdoldurma təyyarəsi uçuş zolağında olarkən zərbələrə məruz qalıb. Bildirilir ki, hadisə zamanı can itkisi olmasa da, təyyarələr tamamilə məhv edilməyib, lakin ciddi zədələnib. Hazırda həmin təyyarələrin təmiri istiqamətində işlər aparılır.

    Bu son hadisə ilə birlikdə, ABŞ-ın cari münaqişə ərzində zədələnən və ya məhv edilən yanacaqdoldurma təyyarələrinin sayının 7-yə yüksəldiyi iddia olunur.

    Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı əməliyyatlarda iştirak edən iki "KC-135" tipli yanacaqdoldurma təyyarəsindən birinin İraqın qərbində qəzaya uğradığını təsdiqləyib. Qəza nəticəsində təyyarədə olan 6 heyət üzvünün hamısı həyatını itirib.

    Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlara cavab olaraq, Tehran rəhbərliyi regiondakı ABŞ bazalarını hədəf almağa davam edir. Səudiyyə Ərəbistanı ilə yanaşı, Küveyt, BƏƏ və Qətərdəki ABŞ hərbi obyektləri də İranın raket zərbələri ilə üzləşib.

    Xatırladaq ki, ABŞ və İsrailin hücumları nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi və bir çox yüksək rütbəli rəsmi həlak olub. İran rəsmi dairələri ölkə daxilində ölənlərin sayının 1348-i keçdiyini, 17 mindən çox insanın isə yaralandığını bildirir.

    #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrail və İran münasibətləri #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İran-ABŞ qarşıdurması #abş iran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    İran ABŞ-la İnqilab Keşikçiləri arasında danışıqlar aparıldığını inkar edib

    17 Avqust 2026 18:57

    Qələbənin açarı birlik və ali rəhbərin ardınca getməkdir - İran

    17 Avqust 2026 18:33

    İranın problemləri dəfələrlə artıb, gəlirlərimiz isə azalıb - Pezeşkian

    15 Avqust 2026 11:59

    ABŞ davranışını dəyişməyənədək Hörmüz boğazı açılmayacaq

    11 Avqust 2026 20:28

    İran təhdidlər altında heç bir saziş imzalamayacaq - SEPAH

    5 Avqust 2026 10:55

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    22 İyul 2026 11:34

    İran ABŞ-la “tammiqyaslı müharibə” vəziyyətindədir - Pezeşkian

    20 İyul 2026 18:22

    ABŞ-la razılaşmada İranın milli maraqları tam qorunub - Məsud Pezeşkian

    20 İyul 2026 18:01
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.