Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İsrail İrana hücuma keçib, Tehran bombardman edilir - İran Dövlət Televiziyası: ABŞ-ın regiondakı bazaları hədəf alınır

    28 Fevral 2026 10:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail İrana hücuma keçib, Tehran bombardman edilir - İran Dövlət Televiziyası: ABŞ-ın regiondakı bazaları hədəf alınır
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    SON DƏQİQƏ: İsrail ordusunda kütləvi səfərbərlik — Ehtiyat qüvvələr çağırılır — www.voa.az

    İsrail Müdafiə Qüvvələrinin (SAXAL) rəsmi nümayəndəsi ölkənin hərbi hazırlıq səviyyəsinin maksimuma çatdırıldığını və genişmiqyaslı ehtiyat qüvvələrin səfərbər edildiyini elan edib.

    Ordu sözçüsünün rəsmi bəyanatında qeyd olunur

    • Ümumi gücləndirmə: İsrail ordusunun quru, dəniz və hava qüvvələri bütün strateji istiqamətlərdə ən müasir texnika və şəxsi heyətlə gücləndirilir.
    • Ehtiyat qüvvələrin çağırışı: Regionda davam edən hərbi eskalasiya və "Sadiq Vəd 4" əməliyyatına cavab olaraq, əlavə ehtiyat qüvvələrin (rezervistlərin) təcili səfərbərliyi başladılıb.

    Bu addım İsrailin sadəcə müdafiə deyil, həm də uzunmüddətli və genişmiqyaslı quru əməliyyatlarına hazırlaşdığının göstəricisi kimi qiymətləndirilir. Səfərbər olunan qüvvələrin əsasən şimal sərhədləri və strateji mərkəzlərin mühafizəsinə cəlb ediləcəyi gözlənilir.

    ----

    SON DƏQİQƏ: SEPAH "Sadiq Vəd 4" əməliyyatını elan etdi — Raket və dron hücumları davam edir — www.voa.az

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq, İsrail və regiondakı ABŞ maraqlarına qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını təsdiqləyib.

    SEPAH-ın rəsmi bəyanatındakı kritik məqamlar:

    Əməliyyatın adı: İranın cavab zərbələri rəsmən "Sadiq Vəd 4" (Vade-ye Sadeq 4) əməliyyatı adlandırılıb.

    Hücum vasitələri: Əməliyyat çərçivəsində onlarla ballistik raket, qanadlı raket və kamikadze dronlardan (PUA) istifadə edilir.

    Davamlılıq: SEPAH hücumların dayandırılmadığını və əməliyyatın müəyyən edilmiş hədəflər tam məhv edilənə qədər davam edəcəyini vurğulayıb.

    Bu elan İranın regiondakı hərbi gərginliyi yeni müstəviyə daşıdığını və "Sadiq Vəd" silsiləsinin ən genişmiqyaslı fazasına keçdiyini göstərir. Hazırda bir neçə Körfəz ölkəsinin hava məkanında raketlərin və dronların izlənilməsi barədə məlumatlar gəlməkdədir.

    ----

    Bağdadda "Həşdi-Şabi" qərargahına hava zərbələri: Ölənlər və yaralılar var — www.voa.az
    İraqın paytaxtı Bağdadın cənubunda yerləşən "Həşdi-Şabi" (Xalq Səfərbərlik Qüvvələri) komandanlıq qərargahı şiddətli hava hücumuna məruz qalıb.

    İraq Birgə Əməliyyat Komandanlığı və "Reuters" agentliyinin yaydığı rəsmi məlumatlara görə:

    Tələfat: Hava zərbələri nəticəsində ən azı 2 nəfər həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Hədəf: Hücum birbaşa Bağdadın cənub hissəsində yerləşən strateji komandanlıq mərkəzini hədəf alıb.

    Dağıntılar: Qərargahın infrastrukturuna ciddi ziyan dəydiyi, ərazidə yanğınların başladığı bildirilir.

    ---

    SON DƏQİQƏ: İsrailin şimalında 9 mərtəbəli bina vuruldu — Ağır dağıntılar var — www.voa.az
    İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, ölkənin şimal bölgəsində yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirilib.

    Hücumun fəsadları barədə ilkin məlumatlar:

    Yaşayış binasına zərbə: Şimali İsraildə 9 mərtəbəli yaşayış binası raket zərbəsinə məruz qalıb. Məlumata görə, binanın mənzillərindən birində çox ağır dağıntılar baş verib.

    Yaralılar: Raket əleyhinə müdafiə sistemlərinin (interceptor) qəlpələrinin düşməsi nəticəsində bir nəfər yüngül xəsarət alıb.

    Dağıntının miqyası: Binanın fasadına və daxili strukturlarına ciddi ziyan dəyib, hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.

    ---

    SON DƏQİQƏ: Səudiyyə Ərəbistanının paytaxtı Riyadda güclü partlayışlar — www.voa.az

    Frans-Press (AFP) xəbər agentliyinin yaydığı təcili məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərində bir neçə güclü partlayış səsi eşidilib.

    Regionda davam edən genişmiqyaslı hərbi eskalasiya fonunda paytaxt Riyadda eşidilən partlayışlar dərhal təhlükəsizlik qüvvələrini hərəkətə keçirib. Partlayışların ballistik raket hücumu, yoxsa hava hücumundan müdafiə sistemlərinin (Patriot və ya THAAD) müdaxiləsi nəticəsində baş verdiyi barədə hələlik rəsmi məlumat verilməyib. Şəhər sakinləri səmada silsilə partlayış izlərinin göründüyünü bildirirlər.

    ---

    SON DƏQİQƏ: İran Dövlət Televiziyası elan etdi — ABŞ-ın regiondakı bazaları hədəf alınır — www.voa.az
    İran İslam Respublikasının rəsmi dövlət televiziyası (İRİB) ölkənin Silahlı Qüvvələrinin Orta Şərqdəki ABŞ hərbi bazalarına qarşı genişmiqyaslı hücuma başladığını elan edib.

    Dövlət televiziyasının yaydığı təcili bəyanatda bildirilir: "İran Silahlı Qüvvələri regiondakı Amerika hərbi bazalarını birbaşa hədəf almağa başlayıb." Bu açıqlama İranın ABŞ və İsrailin birgə hava zərbələrinə qarşı rəsmi cavab əməliyyatına başladığını təsdiqləyir. Hücumların raket, dron və ya asimmetrik vasitələrlə həyata keçirildiyi barədə hələlik texniki detallar açıqlanmasa da, regionda yerləşən bütün ABŞ hərbi obyektlərində yüksək döyüş hazırlığı vəziyyəti elan edilib.

    ----

    SON DƏQİQƏ: Küveytdə güclü partlayışlar və hava həyəcanı — www.voa.az

    "Əlcəzirə" (Al Jazeera) telekanalının müxbiri Küveytdən təcili məlumat yayıb. Məlumata görə, ölkənin müxtəlif bölgələrində güclü partlayış səsləri eşidilib və dərhal hava həyəcanı siqnalları (sirenlər) işə salınıb.

    Regionda davam edən genişmiqyaslı hərbi eskalasiya artıq Küveyt krallığının hava məkanına da sirayət edib. Partlayışların dəqiq səbəbi, raket hücumu və ya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti olması barədə hələlik rəsmi izahat verilməyib. Küveyt hakimiyyəti vətəndaşları və ölkədə yaşayan xariciləri təcili olaraq sığınacaqlara və təhlükəsiz yerlərə yollanmağa çağırıb.

    ---

    Qətər Müdafiə Nazirliyindən sensasiyalı bəyanat: "Patriot" sistemi ilə İran raketi vuruldu

    Qətər Müdafiə Nazirliyinin məsul rəsmisi "Əlcəzirə" telekanalına verdiyi özəl məlumatda ölkənin hava məkanına daxil olan təhdidin aradan qaldırıldığını təsdiqləyib.

    Rəsmi mənbə bildirib: "Qətər hava məkanını hədəf alan İran raketi 'Patriot' (MIM-104 Patriot) hava hücumundan müdafiə sistemi vasitəsilə uğurla vurularaq məhv edilib." Bu hadisə regionda davam edən hərbi eskalasiyanın Körfəz ölkələrinin hava məkanına birbaşa təsir etdiyini və Qətərin müdafiə sistemlərinin tam döyüş hazırlığında olduğunu göstərir.

    ----

    İrandan son xəbərdarlıq: "Artıq heç bir qırmızı xətt yoxdur, hər şey hədəfdir"

    İranın yüksək rütbəli rəsmisi "Əlcəzirə" (Al Jazeera) telekanalına verdiyi özəl bəyanatda ABŞ və İsrailin birgə hücumlarına qarşı Tehranın yeni və amansız hərbi doktrinasını elan edib.

    “"İsrailə açıq şəkildə deyirik: növbəti addımımıza hazır olsunlar. Cavabımız həm rəsmi (aləni), həm də heç bir qırmızı xətt tanımadan veriləcək."-deyı o bildirib.

    Onun sözlərinə görə, Yaxın Şərqdəki bütün ABŞ və İsrail aktivləri, mülkləri və maraqları artıq Teührab üçün legitim hədəfdir.

    "Bu təcavüzdən sonra artıq heç bir məhdudiyyət qalmayıb. Əvvəllər gündəmdə olmayan ssenarilər də daxil olmaqla, hər şey mümkündür.ABŞ və İsrail elə bir təcavüzə və müharibəyə başladılar ki, bunun fəsadları həm çox geniş, həm də uzunmüddətli olacaq."-deyə o bildirib.

    ----

    Xamenei Tehranda deyil, təhlükəsiz yerə köçürülüb

    "Reuters" xəbər agentliyi yüksək rütbəli bir İran rəsmisinə istinadən dünya gündəmini sarsıdan məlumat yayıb. Mənbənin bildirdiyinə görə, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei hazırda paytaxt Tehranda deyil.

    Məlumatda qeyd olunur ki, İrana qarşı genişmiqyaslı hava zərbələri və strateji hədəflərin vurulması fonunda Ali Rəhbər dərhal məxfi və təhlükəsiz bir məkana köçürülüb. Bu addım İranın komandanlıq və rəhbərlik iyerarxiyasının qorunması məqsədilə tətbiq edilən fövqəladə təhlükəsizlik protokolları çərçivəsində atılıb. Hazırda Əli Xameneinin dəqiq yeri barədə məlumatlar tamamilə gizli saxlanılır.

    -----

    Trampdan İrana son xəbərdarlıq: "Evlərinizdən çıxmayın, vəziyyət hədsiz dərəcədə təhlükəlidir"

    ABŞ Prezidenti Donald Tramp İrandakı genişmiqyaslı hərbi əməliyyatların gedişatına dair növbəti dramatik müraciətini yayıb. Tramp İran xalqına və hərbi strukturlarına birbaşa xitab edərək qəti direktivlər verib.

    Prezident Trampın müraciətində vurğulanan əsas məqamlar:

    Mülki əhaliyə xəbərdarlıq: "İranlılar öz evlərində qalmalı və çölə çıxmamalıdırlar. Çünki çöldə vəziyyət hədsiz dərəcədə təhlükəlidir."

    Siyasi fürsət mesajı: "Hər şey bitdikdən sonra İran xalqı öz taleyini özü müəyyən etməlidir. Bəlkə də bu, nəsillər boyu qarşılarına çıxan yeganə fürsətdir."

    Hərbi və polis qüvvələrinə ultimatum: "İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), silahlı qüvvələr və polis üzvləri silahlarını yerə qoyacaqları təqdirdə tam toxunulmazlıq alacaqlar. Əks halda, onları ölüm gözləyir."

    -----

    Tehranda tibbi fövqəladə vəziyyət: Xəstəxanalar və təcili yardım qüvvələri tam hazır vəziyyətə gətirildi. İran Səhiyyə Nazirliyi paytaxt Tehranın bütün xəstəxanalarında və bombardmana məruz qalan digər şəhərlərdə fövqəladə vəziyyət elan edib.

    Rəsmi məlumata görə, bütün təcili tibbi yardım maşınları və tibbi heyət tam hazır vəziyyətə (stend-bay) gətirilib. Təcili yardım briqadaları partlayışların baş verdiyi ərazilərə doğru istiqamətlənib. Səhiyyə Nazirliyi yaralıların qəbulu və təcili cərrahi müdaxilələr üçün xüsusi krizis mərkəzlərinin yaradıldığını bildirib.

    ----

    "Reuters" xəbər agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Qətərdəki səfirliyi bütün əməkdaşları üçün yaşayış yerlərini tərk etməmək (sığınacaqda qalmaq) barədə ciddi təhlükəsizlik protokolu tətbiq edib.

    Səfirlik, həmçinin Qətərdəki bütün ABŞ vətəndaşlarına növbəti bildirişə qədər eyni təhlükəsizlik qaydalarına əməl etməyi və yaşayış yerlərində qalmağı tövsiyə edib. Bu fövqəladə tədbirlər İsrailin bu gün İrana qarşı həyata keçirdiyi preventiv (qabaqlayıcı) hücumdan dərhal sonra qəbul edilib. Regionda gərginliyin artması fonunda diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi prioritet məsələyə çevrilib.

    -----

    İranın rəsmi və yerli media resurslarının yaydığı məlumata görə, paytaxt Tehranın bir çox mühüm bölgəsində mobil rabitə xidmətləri tamamilə dayandırılıb.

    Məlumata görə, vətəndaşlar mobil operatorların xidmətlərindən istifadə edə bilmir və internetə çıxışda ciddi problemlər yaşanır. Rabitə kəsintilərinin paytaxtın hansı konkret ərazilərini əhatə etdiyi və bu vəziyyətin nə qədər davam edəcəyi barədə hələlik rəsmi izahat verilməyib. Ekspertlər bu addımın təhlükəsizlik tədbirləri və ya informasiya axınına nəzarət məqsədi daşıya biləcəyini ehtimal edirlər.

    ----

    ABŞ rəsmilərinin "The New York Times" qəzetinə verdiyi məlumata görə, İrana qarşı başladılan hərbi əməliyyatlar strateji miqyasına görə ötən ilin iyun ayındakı zərbələrdən qat-qat geniş olacaq.

    Mənbələr bildirir ki, hazırda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə Orta Şərqdəki müxtəlif bazalardan və bölgədəki aviadaşıyıcıdan qalxaraq İranın strateji nöqtələrinə zərbələr endirir. ABŞ və İsrailin birgə həyata keçirdiyi bu hücumların əsas məqsədi İranın təhlükəsizlik sistemini tamamilə iflic etmək və dağıtmaqdır. Rəsmilər bu əməliyyatın hədəflərinin həm çoxşaxəli, həm də kifayət qədər "maddi və konkret" olduğunu vurğulayırlar.

    ----

    İsrail ordusunun (SAXAL) radiosu yüksək rütbəli hərbi mənbəyə istinadən xəbər verir ki, İrana qarşı həyata keçirilən ilk hava zərbələri dalğasının bir hissəsi xüsusi olaraq yüksək rütbəli şəxsləri (böyük fiqurları) hədəf alıb.

    Mənbənin bildirdiyinə görə, hədəf alınan bu şəxsiyyətlərin kimliyi və zərbələrin nəticələri hazırda dərindən araşdırılır. İsrail hərbi dairələri bu əməliyyatın strateji əhəmiyyətini vurğulayaraq, hədəflərin İranın hərbi və təhlükəsizlik iyerarxiyasında mühüm rol oynayan şəxslər olduğunu qeyd edib.
    ----

    ABŞ-ın yüksək rütbəli rəsmisi "Əlcəzirə" (Al Jazeera) telekanalına verdiyi özəl açıqlamada Birləşmiş Ştatların İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda birbaşa iştirak etdiyini təsdiqləyib.

    Rəsminin bildirdiyinə görə, ABŞ Hərbi Hava Qüvvələri İrandakı hədəflərə endirilən hava zərbələrində fəal iştirak edir. Bu zərbələrin əsas məqsədinin İranın təhlükəsizlik aparatını (Security Apparatus) tamamilə iflic etmək və dağıtmaq olduğu vurğulanıb. ABŞ rəsmisi həmçinin əlavə edib ki, İrana qarşı hava əməliyyatlarının çox genişmiqyaslı (large-scale) olacağı gözlənilir.

    ---

    ABŞ-ın yüksək rütbəli rəsmisi "Əlcəzirə" (Al Jazeera) telekanalına verdiyi özəl açıqlamada Birləşmiş Ştatların İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda birbaşa iştirak etdiyini təsdiqləyib.

    Rəsminin bildirdiyinə görə, ABŞ Hərbi Hava Qüvvələri İrandakı hədəflərə endirilən hava zərbələrində fəal iştirak edir. Bu zərbələrin əsas məqsədinin İranın təhlükəsizlik aparatını (Security Apparatus) tamamilə iflic etmək və dağıtmaq olduğu vurğulanıb. ABŞ rəsmisi həmçinin əlavə edib ki, İrana qarşı hava əməliyyatlarının çox genişmiqyaslı (large-scale) olacağı gözlənilir.

    -----

    İranın "Mehr" xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin hava məkanı növbəti bildirişə qədər tamamilə qapadılıb. Bu qərar həm daxili, həm də beynəlxalq uçuşlara şamil edilir.

    Eyni zamanda, paytaxt Tehranın bəzi hissələrində mobil rabitə xidmətlərinin kəsildiyi bildirilir. Bu kəsintilərin təhlükəsizlik tədbirləri və ya texniki müdaxilə ilə bağlı olduğu ehtimal edilir.

    ----

    İsrail İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladı. ABŞ rəsmisi Qətərin Əl-Cəzirə telekanalına verdiyi açıqlamada hava zərbələrinin ortaq həyata keşirildiyini bildirib.

    VOA xəbər verir ki,İranın paytaxtı Tehranda partlayış səslərinin eşidildiyi bildirilir.İsrail müdafiə nazirliyinin verdiyi açıqlamada İran ərazisində ümumilikdə ondan çox hərbi obyektin vurulduğu bildirilib. Hadisə ilə bağlı açıqlama verən İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bəyan edib.

    Katsın bu açıqlaması İranın paytaxtı Tehranın mərkəzində baş verən güclü partlayışdan sonra şəhər üzərində qatı tüstü dumanının yüksəldiyi vaxta təsadüf edib. İran dövlət televiziyası paytaxtda partlayışın baş verdiyini təsdiqləsə də, hadisənin səbəbləri və təfərrüatları barədə hələlik geniş məlumat verməyib.

    Eyni zamanda, İsrailin bütün ərazisində həyəcan siqnalları (sirenalar) səslənib. İsrail ordusu tərəfindən verilən açıqlamada bildirilib ki, bu, ölkəyə raket atılması ehtimalına qarşı ictimaiyyəti hazırlamaq məqsədi daşıyan qabaqlayıcı bir xəbərdarlıqdır. Bu hərbi gərginlik, Tehranın nüvə proqramı səbəbilə İran və ABŞ arasındakı münasibətlərin ən gərgin həddə çatdığı bir dövrdə baş verib.

    İran İsrail müharibəsi son dəqiqə, ABŞ İran hərbi gərginliyi, Yaxın Şərq 2026 Iran Israel war news, US strikes on Iran, Middle East conflict 2026, Nuclear deal escalation Война Ирана и Израиля 2026, удары США по Ирану, конфликт на Ближнем Востоке, ядерные объекты İran İsrail savaşı son durum, ABD İran gerilimi, Orta Doğu çatışma riskleri, nükleer tesisler الحرب بين إيران وإسرائيل، الضربات الأمريكية على إيران، تصعيد الشرق الأوسط 2026 جنگ ایران و اسرائیل، حملات آمریکا به ایران، تنش های خاورمیانه، برنامه هسته ای Iran Israel Krieg 2026, US-Angriffe auf Iran, Nahostkonflikt aktuell Guerre Iran Israël 2026, frappes américaines en Iran, conflit au Moyen-Orient Guerra Irán Israel 2026, ataques de EE. UU. a Irán, conflicto en Medio Oriente Guerra Iran Israele 2026, attacchi USA in Iran, escalation in Medio Oriente Guerra Irã Israel 2026, ataques dos EUA ao Irã, conflito no Oriente Médio 伊朗以色列战争 2026, 美国对伊朗的打击, 中东冲突最新消息 イラン・イスラエル戦争 2026, 米国によるイラン攻撃, 中東紛争の緊張 이란 이스라엘 전쟁 2026, 미국의 이란 공격, 중동 갈등 고조 ईरान इजरायल युद्ध 2026, ईरान पर अमेरिकी हमले, मध्य पूर्व तनाव ইরান ইসরায়েল যুদ্ধ ২০২৬, ইরানে মার্কিন হামলা, মধ্যপ্রাচ্য সংকট Chiến tranh Iran Israel 2026, Mỹ tấn công Iran, xung đột Trung Đông สงครามอิหร่านอิสราเอล 2026, สหรัฐโจมตีอิหร่าน, ความตึงเครียดในตะวันออกกลาง Perang Iran Israel 2026, serangan AS ke Iran, konflik Timur Tengah terbaru Wojna Iran Izrael 2026, ataki USA na Iran, konflikt na Bliskim Wschodzie Oorlog Iran Israël 2026, VS aanvallen op Iran, conflict in het Midden-Oosten Krig Iran Israel 2026, USA:s attacker mot Iran, Mellanösternkonflikten Війна Ірану та Ізраїлю 2026, удари США по Ірану, конфліkt на Близькому Сході Πόλεμος Ιράν Ισραήλ 2026, επιθέσεις ΗΠΑ στο Ιράν, ένταση στη Μέση Ανατολή Războiul Iran Israel 2026, atacurile SUA asupra Iranului, conflictul din Orientul Mijlociu Irán Izrael háború 2026, amerikai csapások Irán ellen, közel-keleti konfliktus Válka Írán Izrael 2026, útoky USA na Írán, konflikt na Blízkém východě מלחמת איראן ישראל 2026, תקיפות ארה"ב באיראן, הסלמה במזרח התיכון ایران اسرائیل جنگ 2026، ایران پر امریکی حملے، مشرق وسطیٰ کی صورتحال ირანის ისრაელის ომი 2026, აშშ-ის თავდასხმები ირანზე, ახლო აღმოსავლეთის კონფლიქტი

    İsrail İrana hücuma keçib, Tehran bombardman edilir - İran Dövlət Televiziyası: ABŞ-ın regiondakı bazaları hədəf alınır
    İsrail İrana hücuma keçib, Tehran bombardman edilir - İran Dövlət Televiziyası: ABŞ-ın regiondakı bazaları hədəf alınır
    #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran #İranla İsrail arasında növbəti müharibə #İran-İsrail gərginliyi və İraq seçkiləri #İsrail-İran müharibəsi #İsrail İran münaqişəsi #İsrail İran münasibətləri #İsrail: İran dəniz quldurluğu ilə ticarətə təhdid yaradır #İran kəşfiyyatı İsrail #İsrail İran qarşıdurması #İsraildə həyat dayandı: Bombardman qorxusu ilə hava məkanı qapandı #www.voa.az: Bütün İsrail üzrə hava həyəcanı sirenləri səslənir #Təcili qərar: İsraildə məktəblər bağlandı #evdən iş rejiminə keçildi #Nəqliyyat nazirliyindən qadağa: İsrail hava limanlarına giriş bağlandı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Trampa yox demək Tanrıya yox deməkdir” – ABŞ-də dini-messiançı ritorika yeni müharibə modelimi yaradır?

    22 May 2026 11:55

    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi

    12 May 2026 21:12

    Pentaqon rəhbəri İran müharibəsi ilə bağlı Konqresdə ifadə verəcək

    12 May 2026 18:05

    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb

    9 May 2026 14:08

    İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

    8 May 2026 13:29

    ABŞ-ın İranla mümkün razılaşması Təl-Əviv üçün “fəlakət” ola bilər - İsrail

    7 May 2026 16:23

    İsrail niyə “Shual” sisteminə çıxışı məhdudlaşdırdı?

    7 May 2026 11:55

    İran böhranı aviasiya sektorunda “yaşıl yanacaq”a marağı artırır

    29 Aprel 2026 09:25

    İran müharibəsi Çin və Körfəz ölkələri arasındakı iqtisadi modeli yenidən formalaşdırır

    23 Aprel 2026 09:00

    İsrail ordusu bütün cəbhələrdə döyüşə hazırdır – Baş Qərargah rəisi

    22 Aprel 2026 14:04

    İsrailin müdafiə naziri İsrail Katz İrana qarşı yeni və daha şiddətli hücum xəbərdarlığı edib

    16 Aprel 2026 19:37

    12 günlük müharibədən sonra PUA istehsalı 10 dəfə artıb - İran

    16 Aprel 2026 13:50
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.