Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İrana hücum bizim üçün qırmızı xəttdir - Bağdaddan Vaşinqtona xəbərdarlıq

    27 Fevral 2026 12:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İrana hücum bizim üçün qırmızı xəttdir - Bağdaddan Vaşinqtona xəbərdarlıq
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən "Kətaib Hizbullah" qruplaşması öz döyüşçülərinə qonşu İranda baş verə biləcək "uzunmüddətli müharibə" ssenarisinə hazırlaşmağı tapşırıb.

    VOA xəbər verir ki, cümə axşamı yayılan bəyanatda ABŞ-ın bölgədə hərbi yığınağını artırması və təhdidləri "təhlükəli eskalasiya" kimi qiymətləndirilib. Qruplaşma xəbərdarlıq edib ki, müharibə başlayacağı təqdirdə ABŞ tərəfi "hədsiz böyük itkilər" verəcək. Bəyanatda həmçinin bütün döyüşçülərin "tükəndirici müharibə" ssenarisinə uyğun hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.

    Silahlı qruplaşmanın komandirlərindən biri AFP agentliyinə verdiyi müsahibədə İranın onların strateji maraqları üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, İrana edilən hər hansı hücum qruplaşmanı birbaşa hədəfə alır. Xatırladaq ki, keçən il İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı İraqdakı silahlı qruplar müdaxilə etməmişdi. Lakin komandir bu dəfə daha az təmkinli olacaqlarını, xüsusilə rejim dəyişikliyinə yönəlmiş zərbələr endirilərsə, İrana hərbi dəstək verəcəklərini bəyan edib.

    Livanın "Hizbullah" hərəkatının rəsmisi də mövzu ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Livan qruplaşması ABŞ-ın İrana yönəlmiş "məhdud" zərbələri zamanı hərbi müdaxilə etməyəcək. Lakin İranın ali rəhbəri Əli Xameneiyə qarşı hər hansı hücum "qırmızı xətt" hesab olunacaq və bu halda "Hizbullah" prosesə birbaşa qoşulacaq. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın İranla nüvə danışıqlarının uğursuz olacağı təqdirdə hərbi zərbə hədələrini dəstəkləmək üçün bölgəyə hərbi gəmilər və qırıcı təyyarələr göndərdiyi bildirilir..

    #İraq #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ–İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    ABŞ İranla danışıqları gələcəkdə yenidən başlada bilər - Tramp

    19 Avqust 2026 22:26

    İraqın baş naziri Qalibafla görüşdə İranın dəstəyini yüksək qiymətləndirib

    19 Avqust 2026 20:28

    ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

    19 Avqust 2026 18:26

    İraq Hörmüzdən neft ixracı üçün İrandan xüsusi güzəşt istəyib

    19 Avqust 2026 17:31
    XƏBƏR LENTİ

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.