BAKI,VOA, Fərid Mikayılov
Almaniyanın Xarici İşlər Naziri Yohann Vadeful Ukraynanın müttəfiqlərini kimin tərəfində olduqlarını unutmamağa və Kiyevə dəstəyi davam etdirməyə çağırıb.
VOA xəbər verir ki, Vadefulun sözlərinə görə, almanlar kimin tərəfində olduqlarını bilməli və ukraynalıların yanında dayanmalıdırlar.
"Bu, həm də 'arzulayanlar koalisiyası'na daxil olan və bəlkə də beynəlxalq ictimaiyyətdə hələ də bir qədər tərəddüd edən bütün tərəflərə müraciətimdir", — deyə XİN rəhbəri bildirib.
O, müttəfiqləri çətin qış ərəfəsində Ukrayna üçün daha nə edə biləcəkləri sualı ətrafında düşünməyə çağırıb.
Qeyd olunub ki, daha əvvəl Almaniya kansleri Fridrix Merts "arzulayanlar koalisiyası"ndan Ukraynaya göstərilən enerji yardımının həcmini artırmağı tələb edəcəyi barədə məlumat yayılıb.