Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Marko Rubio İsrailə səfər edəcək

    22 Oktyabr 2025 13:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Marko Rubio İsrailə səfər edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ-ın Dövlət katibi Marko Rubio Qəzzada əldə olunan atəşkəsin detalları və icrası ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edəcək. İsrail mediasında yayılan xəbərlərə görə, Rubio iki günlük səfəri çərçivəsində sabah İsrailə çatacaq.

    AzerVoice xəbər verir ki, məlumata görə, səfərin əsas gündəm mövzusunu Qəzzada razılaşdırılan atəşkəsin tətbiqi təşkil edir.

    Rubionun səfəri ABŞ-ın bölgədəki diplomatik səylərinin davamı kimi qiymətləndirilir. Qeyd edilir ki, bundan öncə ABŞ vitse-prezidenti Cey Di Vans, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner də bu həftə Qəzzada atəşkəsin davamlılığını təmin etmək məqsədilə İsrailə səfər etmişdilər.

    Xatırladaq ki, İsrailin bazar günü Qəzzaya qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları 10 oktyabrda əldə olunmuş atəşkəsin pozulacağı ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Hücumlarla yanaşı, İsrail hakimiyyəti Qəzzaya humanitar yardım tırlarının girişini də dayandırmışdı.

    Lakin qısa müddət sonra İsrail Baş naziri Benyamin Netanyahu-nun hökuməti geri addım ataraq hücumların dayandırıldığını və atəşkəs rejiminin yenidən qüvvəyə mindiyini elan edib. Eyni zamanda, Qəzzaya humanitar yardımların girişinə icazə veriləcəyi bildirilib.

    #Qəzza #Qəzza zolağı #ABŞ #Yaxın Şərq #Marko Rubio #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza bombardmanı #İsrail Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    1 Sentyabr 2026 20:16

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52
    XƏBƏR LENTİ

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.