Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Aİ nazirləri İsrailə qarşı sanksiya təkliflərini müzakirə edəcək

    20 Oktyabr 2025 12:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ nazirləri İsrailə qarşı sanksiya təkliflərini müzakirə edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ-nin xarici işlər nazirləri Qəzzədə atəşkəsin ardından İsrailə qarşı sanksiya təkliflərinin gələcəyini müzakirə edəcəklər.

    AzerVoice xəbər verir ki, Kallas bu barədə Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib.

    Kallasın sözlərinə görə, nazirlər Qəzzada 10 oktyabrda elan edilən atəşkəsdən sonra bölgədəki vəziyyəti və İsrailə qarşı sanksiya təkliflərini nəzərdən keçirəcəklər.

    “Keçən həftəki hadisələr fonunda vəziyyət, təbii ki, dəyişib. Əsas məsələ, nazirlərin bu sanksiyalarla bağlı hansı qərar verəcəyidir,” – deyə o qeyd edib.

    Xatırladaq ki, Aİ Komissiyası İsrailin Qəzzadaki əməliyyatlarına cavab olaraq 10 sentyabrda üzv ölkələrə sanksiya təkliflərini təqdim edib.

    Təkliflərə görə, Aİ–İsrail Tərəfdaşlıq Sazişi çərçivəsində malların azad dövriyyəsinə dair müddəaların dayandırılması, İsrail mallarına gömrük rüsumlarının tətbiqi və işğal altındakı Fələstin torpaqlarında zorakılıqlara görə məsul sayılan İsrailin iki naziri – İtamar Ben-Gvir və Bezalel Smotriç barəsində məhdudlaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulur.

    Sanksiya paketinin qəbul edilməsi üçün Aİ ölkələrinin nitelikli çoxluqla (qualified majority) qərar verməsi tələb olunur.

    #Qəzza #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.