Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Aİ İsrail mallarına gömrük rüsumlarının tətbiqini planlaşdırır

    17 Sentyabr 2025 16:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ İsrail mallarına gömrük rüsumlarının tətbiqini planlaşdırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrə İsrail mallarına tətbiq olunan ticarət imtiyazlarının dayandırılmasını və İsrail rəsmilərinə sanksiyalar tətbiq edilməsini təklif edib.

    AzerVoice xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və Aİ Komissiyasının Ticarət üzrə üzvü Maros Sefcoviç Brüsseldə keçirdikləri birgə mətbuat konfransında İsrailə qarşı sanksiya təklifinin təfərrüatlarını açıqlayıblar.

    Kallas bildirib ki, “İsrail hökumətinin Qəzzaya qarşı hücumu müharibənin yeni mərhələsidir və humanitar böhranı daha da dərinləşdirəcək”. O, aşırı sağçı İsrail nazirlərinə, işğal altında olan Fələstin torpaqlarını zəbt edən zorakı məskunlaşma sakinlərinə və onları dəstəkləyən qurumlara qarşı sanksiyalar paketi təqdim etdiyini açıqlayıb.

    “Açıq demək istəyirəm ki, məqsəd İsraili cəzalandırmaq deyil, Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmaqdır”. - deyə Kallas əlavə edib.

    O, bütün üzv ölkələrin Qəzzadakı vəziyyətin davam etdirilə bilməz olduğunu qəbul etdiyini vurğulayıb və bildirib ki, “Müharibə sona çatmalıdır, əzablar bitməli və bütün əsirlər azad edilməlidir. Bu məqsədə çatmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməliyik. Həmçinin, Qərbi Şəriada iki dövlətli həllin həyata keçirilməsini çətinləşdirən təhlükəli inkişafları da nəzərdən qaçırmamalıyıq”.

    Kallas deyib: “Aİ Komissiyası ticarət imtiyazlarının qismən dayandırılmasına dair təklifi qəbul edib”. - deyə Kallas əlavə edib.

    Aİ Komissiyasının Ticarət üzrə üzvü Maros Sefcoviç təklifin detalları barədə məlumat verərək bildirib ki, təklifə əsasən İsraillə ticarət sahəsində Avropa-Aralıq dənizi Müqaviləsinin əsas maddələri dayandırılacaq.

    Sefcoviç qeyd edib: “İnsan hüquqları və demokratik prinsiplərə hörmət İsrail ilə Aİ arasında bağlanmış razılaşmanın əsas tərkib hissələridir. Təklif edilən dayandırma qərarı İsrailə tanınan üstünlükləri hədəfləyir. Bu üstünlüklər malların sərbəst hərəkəti, müəssisələrin yaradılması hüququ, xidmətlərin göstərilməsi, dövlət satınalmaları, rəqabət və əqli mülkiyyət hüquqlarını əhatə edir”.

    O əlavə edib: “Bu o deməkdir ki, İsraildən Aİ-yə idxal olunan məhsullar Aİ bazarına üstün giriş hüququndan məhrum olacaq və bu mallara Aİ-nin azad ticarət sazişi olmayan digər üçüncü ölkələrə tətbiq etdiyi səviyyədə gömrük rüsumu tətbiq ediləcək”.

    Qəzza bölgəsində davam edən humanitar böhran nəzərə alınaraq, bu tədbirin uyğun və nisbətli olduğunu vurğulayan Sefcoviç qeyd edib ki, qərar Aİ Şurasında ixtisaslaşmış çoxluqla qəbul ediləcək.

    O əlavə edib ki, 2024-cü ildə Aİ ilə İsrail arasında ümumi ticarət həcmi 42,6 milyard avro olub və Aİ İsrailin ən böyük ticarət tərəfdaşıdır.

    Sefcoviç deyib ki, təklif edilən qismən dayandırma qərarı getdikcə daha təcili hala gələn vəziyyətə verilən düşünülmüş cavabdır və Qəzzadakı humanitar böhranın sona çatmasının vaxtı çatıb.

    Aİ Komissiyasının təklifi üzv ölkələr tərəfindən Aİ Şurasında müzakirə olunacaq və qəbul üçün ixtisaslaşmış çoxluq tələb olunacaq.

    #Qəzza #İsrail #Qəzza zolağı #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Kaja Kallas
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    20 İyul 2026 22:46

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34
    XƏBƏR LENTİ

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək - Prezident İlham Əliyev

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.