Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Əfqanıstanın şərqində 5,2 bal gücündə yeni zəlzələ baş verib

    2 Sentyabr 2025 17:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əfqanıstanın şərqində 5,2 bal gücündə yeni zəlzələ baş verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində ötən həftəsonu baş verən 6 bal gücündə zəlzələdən sonra, bu dəfə Celalabad şəhərində 5,2 bal gücündə yeni yeraltı təkan qeydə alınıb.

    AzerVoice xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla saat 15:29-da Celalabad şəhərinin 34 kilometr şimal-şərqində 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin 10 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.

    Zəlzələ ilə bağlı Celalabad və ətraf ərazilərdə ölən və yaralananlarla bağlı yerli hakimiyyətin məlumat verməsi gözlənilir.

    ABŞ Geoloji Araşdırmalar Mərkəzi bazar günü bildirmişdi ki, Pakistan sərhədi yaxınlığında yerləşən Celalabad şəhərinin 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verib.

    Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid həmin zəlzələdə min 411 nəfərin həyatını itirdiyini, 3 min 124 nəfərin isə yaralandığını açıqlayıb.

    Yerli rəsmilər bunun son illərdə ölkəni sarsıdan ən güclü zəlzələlərdən biri olduğunu bildiriblər.

    Afqanıstan Qızıl Aypara Cəmiyyəti ölkənin şərqində yerləşən 3 vilayətdə 8 mindən çox evin dağıldığını, çoxsaylı insanların dağıntılar altında qaldığını və xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

    BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) bu dağıdıcı zəlzələdən ilk olaraq 12 min nəfərin birbaşa təsirləndiyini bildirib.

    #BMT #ABŞ #zəlzələ #Əfqanıstan #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #zəlzələ qorxusu #seysmik risk #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ #ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    1 Sentyabr 2026 18:42

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.