#Zəlzələ Xəbərləri

Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan saat 09:53-də qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələ nəticəsində dağıntı və xəsarətlərlə bağlı hər hansı məlumat açıqlanmayıb.

Filippinin cənub sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilməyib, ilkin məlumatlara görə ölən və xəsarət alanlar barədə məlumat yoxdur. USGS-in məlumatına əsasən, zəlzələ çərşənbə günü yerli vaxtla saat 12:14-də (04:14 GMT) Sarangani adasından təxminən 32 kilometr cənub-qərbdə baş verib.

Yaponiyanın cənubunda yerləşən Kumamoto prefekturası sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra bölgə üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Yeraltı təkanların Kumamoto prefekturasının Yatsuşiro, Uto və Maşiki rayonlarında da güclü hiss olunduğu qeyd edilib.

Türkiyənin Malatya şəhərinin Battalgazi rayonunda 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ 7,03 kilometr dərinlikdə meydana gəlib. Zəlzələ nəticəsində xəsarət və ya ciddi dağıntı barədə məlumat verilməyib.

Türkiyənin Malatya şəhərinin Battalqzi rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,4 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 16,36 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Ağrının şəhərinin Patnos rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,3 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 13,43 kilometr dərinlikdə yerləşib.

Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Qeyd olunub ki, zəlzələnin episentri okeanda yerləşdiyi üçün sahil bölgələrində risk qiymətləndirilməsi aparılır. Yerli hakimiyyət orqanları əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Türkiyənin Ərzincan şəhərinin Üzümlü rayonunda 4, 1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,1 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 10,94 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Kütahyada şəhərinin Simav rayonunda 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,8 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 9,12 kilometr dərinlikdə yerləşib.

Lerik-Lənkəran sərhədində zəlzələ qeydə alınıb. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələnin maqnitudası 3,1 olub. Yeraltı təkan Lənkaran stansiyasından 12 km qərbdə, Lənkaran rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.