Filippinin cənub-şərqində yerləşən Bakulin bölgəsi sahillərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Filippinin cənub-şərq sahillərində zəlzələnin qeydə alındığını açıqlayıb. Gücü 6,4 olaraq ölçülən zəlzələnin episentrinin Bakulin bölgəsindən təxminən 16 kilometr şərqdə, dənizdə yerləşdiyi qeyd olunub. Təxminən 35 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində hələlik insan tələfatı və maddi zərər barədə məlumat verilməyib, həmçinin sunami xəbərdarlığı da edilməyib.
#ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS)
İndoneziyanın Sumatra adası sahillərində 6,6 bal gücündə zəlzələ baş verdiyi bildirilib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin məlumatına görə, İndoneziyada 6,6 gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin Sumatra adası açıqlarında meydana gəldiyi qeyd olunub.
Bangladeşin Narsingdi bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində başkent Dakka şəhərində 3 nəfərin həyatını itirdiyi bildirilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Narsingdi şəhərinin təxminən 14 kilometr cənub-qərbində olduğunu açıqlayıb. Zəlzələ təxminən 10 kilometr dərinlikdə baş verib.
Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə azı 9 nəfər həyatını itirib. Zəlzələ anları isə təhlükəsizlik kameralarına əks olunub. Əfqanıstan Milli Fəlakət İdarəetmə Agentliyinin açıqlamasında zəlzələnin episentrinin ölkənin şimalında yerləşən Samangan vilayəti olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 9 nəfər həlak olub, 143 nəfər yaralanıb. Rayonlarda dağıntıların qiymətləndirilməsi davam edir, zəlzələ anlarını əks etdirən görüntülər isə sosial mediada paylaşılıb.
Filippinin Luzon adasında yerləşən Union şəhəri yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Luzon adasındakı Union şəhərinin cənub-qərbində yerləşib. Təxminən 69 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hazırda hər hansı insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib. Zəlzələdən sonra “tsunami” xəbərdarlığı da elan edilməyib.
Əfqanıstanın şərqində 2 mindən çox insanın həyatını itirdiyi zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə yeni bir zəlzələ baş verib. Əfqanıstanda baş verən üçüncü zəlzələdən sonra ölənlərin sayı 2 min 205-ə yüksəlib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal gücündəki zəlzələnin episentrinin Nəngərhar vilayətinin mərkəzi şəhəri Cəlalabadın 14 kilometr şərqində olduğunu açıqlayıb. Dərinliyi 10 kilometr olaraq müəyyən edilən zəlzələnin törətdiyi dağıntılarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində ötən həftəsonu baş verən 6 bal gücündə zəlzələdən sonra, bu dəfə Celalabad şəhərində 5,2 bal gücündə yeni yeraltı təkan qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla saat 15:29-da Celalabad şəhərinin 34 kilometr şimal-şərqində 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin 10 kilometr dərinlikdə meydana gəldiyi bildirilib. Zəlzələ ilə bağlı Celalabad və ətraf ərazilərdə ölən və yaralananlarla bağlı yerli hakimiyyətin məlumat verməsi gözlənilir. ABŞ Geoloji Araşdırmalar Mərkəzi bazar günü bildirmişdi ki, Pakistan sərhədi yaxınlığında yerləşən Celalabad şəhərinin 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verib.