BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində istiqaməti dəyişdirilən kommersiya gəmilərinin sayının 48-ə çatdığını açıqlayıb.
VOA xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, ABŞ qüvvələri blokadanın icrası məqsədilə daha üç kommersiya gəmisinin marşrutunu dəyişdirib.
Beləliklə, yönləndirilən gəmilərin ümumi sayı 48 olub.
CENTCOM-un ötən gün açıqladığı statistikaya əsasən, həmin vaxta qədər 45 kommersiya gəmisinin istiqaməti dəyişdirilmişdi.
ABŞ hərbi qurumu əməliyyatın detalları, gəmilərin mənsubiyyəti və yeni istiqamətləri barədə əlavə məlumat verməyib.