BAKI,VOA, Fərid Mikayılov
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını yaxın vaxtlarda yenidən bərpa etməyə çalışacağını bildirib.
VOA xəbər verir ki, Rubio tərəflərin hələ də kifayət qədər sərt "qırmızı xətlərə" malik olduğunu qeyd edib.
"Biz anlayırıq ki, hər iki tərəfin kifayət qədər aydın "qırmızı xətləri" var. Bu xətləri müəyyən qədər yaxınlaşdıra bilməsək, istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Lakin biz bunun üçün işləməyə hazırıq" - deyə Rubio bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Moskvanın İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən prinsiplər və "yerindəki reallıqlar" əsasında sülh danışıqlarına hazır olduğunu açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə iyulun sonunda Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu bildirib və Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara getməyə çağırıb.