BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib.
VOA xəbər verir ki, Donald Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasında jurnalistlərin suallarını cavablandırarkən yaxın həftələrlə bağlı gözləntilərini açıqlayıb.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton İranı "çox sərt şəkildə" hədəf almağa davam edəcək.
Trampın sözlərinə görə, bir müddət sonra İran artıq bu vəziyyətə tab gətirə bilməyəcəyini anlayacaq.
ABŞ Prezidenti çıxışında hərbi əməliyyatların mümkün detalları və ya növbəti hədəflərlə bağlı əlavə məlumat verməyib.
İran tərəfi isə Trampın bu açıqlamasına hələlik münasibət bildirməyib.