BAKI,VOA, Fərid Mikayılov
Küveyt ordusu İranın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlara qarşı ölkənin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini açıqlayıb.
VOA xəbər verir ki, ordunun yaydığı məlumata görə, İranın hücumundan sonra hava hücumundan müdafiə qüvvələri düşmən PUA-larını zərərsizləşdirmək üçün fəaliyyətə başlayıb.
Açıqlamada bildirilib ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hədəfləri vurması ilə əlaqədardır. Vətəndaşlara rəsmi qurumların təhlükəsizliklə bağlı göstərişlərinə əməl etmək tövsiyə olunub.
Qeyd edək ki, İran ABŞ-nin son hərbi əməliyyatlarına cavab olaraq Körfəz ölkələrində yerləşən hədəflərə raket və PUA hücumları həyata keçirir.