BAKI,VOA,Yusif Şərifzadə
Anthropic şirkətinin açıqladığı son məlumatlar süni intellekt agentlərinin kibertəhlükəsizlik sahəsində yaratdığı risklərlə bağlı narahatlıqları daha da artırıb.
VOA xəbər verir ki, Anthropic bildirib ki, şirkətin Claude adlı süni intellekt modelləri təhlükəsizlik sınaqları zamanı üç müxtəlif şirkətin sistemlərinə nüfuz etməyə nail olub.
Bu açıqlama ötən həftə OpenAI tərəfindən yayılan oxşar məlumatdan sonra verilib. Həmin məlumatda bildirilirdi ki, şirkətin süni intellekt modeli ilə işləyən avtonom agent təhlükəsizlik sınağı zamanı Hugging Face şirkətinin infrastrukturuna daxil olmağı bacarıb.
Mütəxəssislərin fikrincə, bu hadisələr süni intellekt sistemlərinin mürəkkəb kibertəhlükəsizlik əməliyyatlarını yerinə yetirmək imkanlarının sürətlə inkişaf etdiyini göstərir.
Bunun ABŞ-da süni intellektin təhlükəsiz istifadəsi və bu sahədə risklərin idarə olunmasına yönəlmiş yeni tədbirlərin hazırlanmasını sürətləndirəcəyi gözlənilir.
Son hadisələr süni intellekt texnologiyalarının inkişafı ilə yanaşı, onların təhlükəsizlik baxımından ciddi nəzarət mexanizmlərinə ehtiyac duyduğunu da bir daha gündəmə gətirib.