BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Minnesota ştatının su təchizatı sistemlərinə qarşı həyata keçirilən kiberhücumun arxasında İranın dayandığına inanmadığını bildirib.
VOA xəbər verir ki, Donald Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
Prezident bildirib ki, Minnesota ştatında baş verən kiberhücuma görə bəzi dairələr İranı günahlandırır.
"Biz Minnesotada kiberhücum barədə məlumat aldıq və buna görə İranı günahlandırırlar. Mən belə düşünmürəm", – deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti açıqlamasında kiberhücumun arxasında kimin dayana biləcəyi ilə bağlı əlavə məlumat verməyib.
Hadisə ilə bağlı ABŞ rəsmilərinin rəsmi araşdırmasının davam etdiyi bildirilir.