Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsraillə bağlı son açıqlamaları Respublikaçılar Partiyası daxilində İran siyasəti ətrafında fikir ayrılıqlarının dərinləşdiyini göstərir.

    VOA xəbər verir ki, bu qiymətləndirmə "Əl-Cəzirə" telekanalında yayımlanan təhlildə səsləndirilib.

    Təhlildə bildirilir ki, İsrailin İranla bağlı danışıqlara təsir göstərmək cəhdləri Prezident Donald Trampın tərəfdarları arasında da müzakirələrə səbəb olur.

    Müəllifin fikrincə, məhz bu səbəbdən Ceyms Devid Vens ABŞ-də geniş auditoriyaya malik podkastlardan birinə qatılaraq İsraili İrana dair danışıqları pozmağa yönəlmiş gizli fəaliyyət aparmaqda ittiham edib.

    Təhlildə qeyd olunur ki, vəzifədə olan vitse-prezidentin belə ittihamı açıq şəkildə səsləndirməsi ABŞ siyasətində nadir hadisə hesab olunur.

    Bununla yanaşı, ABŞ Nümayəndələr Palatasında Demokratlar Partiyasının 103 üzvünün İsrailə ayrılan 3,3 milyard dollar həcmində yardımın dayandırılmasını dəstəkləməsi də Vaşinqtonda siyasi mövqelərin dəyişdiyinin göstəricisi kimi qiymətləndirilir.

    Təhlildə həmçinin iddia olunur ki, Donald Tramp ötən həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İsrail qüvvələrinin Livan və Suriyadan çıxmasının vaxtının çatdığını bildirib. Lakin İsrailin müdafiə naziri sonradan ordunun həmin əraziləri tərk etməyəcəyini açıqlayıb.

    Müəllif hesab edir ki, yaxın günlərdə Ağ Evin bu məsələyə münasibətinin necə olacağı ABŞ–İsrail münasibətlərinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyacaq.

    Qeyd: Xəbərdə yer alan qiymətləndirmələr və nəticələr təhlil xarakteri daşıyır və müəllifin şərhidir.

    #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Demokratlar Partiyası #Ceyms Devid Vens #Respublikaçılar Partiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    1 Sentyabr 2026 20:16

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.