ABŞ senatoru Adam Şiff Tramp administrasiyasının İranla apardığı müharibəni tənqid edib. Onun sözlərinə görə, altı ay davam edən qarşıdurmanın aydın strategiyası yoxdur. Senator müharibənin nə vaxt başa çatacağının da görünmədiyini bildirib. Şiff qarşıdurmanın amerikalılar üçün xərcləri artırdığını vurğulayıb. O, ABŞ hərbçilərinin uzun müddətdir ailələrindən uzaqda qalmasına diqqət çəkib. Demokrat senator müharibənin dayandırılmasını və ABŞ qüvvələrinin geri qaytarılmasını tələb edib. Açıqlama noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində verilib. İran müharibəsinin nəticələrinin seçki mübarizəsinin əsas mövzularından birinə çevriləcəyi gözlənilir.
#Demokratlar Partiyası
Mişiqan ştatında Demokratlar Partiyasının Senata namizədlik üzrə ilkin seçkisində misir əsilli müsəlman həkim Əbdürrəhman Məhəmməd Seyyidin (Abdul) qalib gəlməsi ABŞ-da müsəlman prezidentin mümkünlüyü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
41 yaşlı doktor Əbdürrəhman əs-Seyidin ABŞ Senatında Miçiqan ştatından vacib bir yer uğrunda Demokratlar Partiyasının praymerizində qazandığı qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Partiya rəhbərliyinin favoriti sayılan konqresmen Heyli Stivensə qarşı gərgin mübarizə şəraitində əldə olunub. Əs-Seyid noyabrın 5-də keçiriləcək Konqresə aralıq seçkilərində Donald Trampın dəstəklədiyi respublikaçı namizəd Mayk Rocerslə qarşılaşacaq.
ABŞ-da son bir il ərzində müsəlman siyasətçilərin mühüm seçki qələbələri ölkədə müsəlmanların siyasi təsirinin artması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Nyu-York ilk dəfə müsəlman meri seçib, Virciniyada ilk müsəlman qadın ştat səviyyəsində icraedici vəzifəyə yüksəlib, Miçiqanda isə müsəlman namizəd Senata gedən yolda mühüm uğur qazanıb.
Men ştatında Demokratlar Partiyası Troy Ceksonu ABŞ Senatına namizəd seçib. O, namizədliyini geri götürən Qrem Platneri əvəz edəcək. Platner cinsi zorakılıq ittihamlarından sonra yarışdan çəkilib, lakin ittihamları rədd edir. Troy Cekson noyabr seçkilərində respublikaçı senator Syuzan Kollinzə qarşı mübarizə aparacaq. Men ştatı Senatdakı qüvvələr balansı baxımından mühüm hesab olunur. Cekson kampaniyasında iqtisadi çətinliklər və yaşayış xərclərinin artımını əsas mövzu kimi təqdim edib. Syuzan Kollinz bu açıqlamalara hələlik cavab verməyib.
Ceyms Devid Vensin son açıqlamalarının Respublikaçılar Partiyası daxilində fikir ayrılıqlarını üzə çıxardığı bildirilir. Təhlilə görə, İsrailin İran siyasəti ABŞ-də həm Respublikaçılar, həm də Demokratlar arasında yeni müzakirələr yaradıb. Vensin İsraili gizli təsir kampaniyasında ittiham etməsi diqqətçəkən hadisə kimi qiymətləndirilir. Təhlildə Demokratlar Partiyasının 103 üzvünün İsrailə ayrılan yardımın dayandırılmasını dəstəkləməsi də siyasi dəyişikliklərin əlaməti kimi göstərilir. Həmçinin Donald Trampın Benyamin Netanyahu ilə telefon danışığında Livan və Suriyadan çıxmaq çağırışı etdiyi iddia olunur. İsrail tərəfinin sonrakı açıqlamaları isə bu mövzuda fikir ayrılıqlarının davam etdiyini göstərir. Ağ Evin növbəti addımlarının diqqətlə izlənəcəyi qeyd olunur. Bu qiymətləndirmələr təhlil xarakteri daşıyır.
ABŞ-ın Meyn ştatında Demokratlar Partiyasının Senat debatı səkkiz namizədin iştirakı ilə keçiriləcək. Debatı təşkil edən televiziya kanalı namizədlərin etirazlarından sonra iştirakçı siyahısını genişləndirib. Əvvəlcə yalnız ilkin seçkilərdə 20 faizdən çox səs toplamış namizədlərin iştirakı nəzərdə tutulurdu. Sonradan sənədlərini vaxtında təqdim edən digər namizədlər də debat siyahısına daxil edilib. Demokratlar noyabr seçkilərində respublikaçı senator Syuzan Kollinzə qarşı vahid namizədi müəyyənləşdirməyə çalışırlar. Meyn ştatı Senatda siyasi qüvvələr nisbətinin dəyişməsi baxımından mühüm əhəmiyyət daşıyır. Debat seçki kampaniyasının əsas mərhələlərindən biri hesab olunur. Namizədlər proqramlarını və baxışlarını seçicilərə təqdim etmək imkanı əldə edəcəklər.
ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücum xarakterli silahların tədarükünün qismən dayandırılmasını nəzərdə tutan qanun layihəsinin tərəfdarlarının sayı son bir ildə əhəmiyyətli dərəcədə artıb. Bir il əvvəl təqdim edilən təşəbbüs ilkin mərhələdə yalnız 21 demokrat qanunvericinin dəstəyini qazansa da, hazırda layihənin həmmüəlliflərinin sayı 73 nəfərə çatıb.
Siyasi analitiklər Harrisin hələ də Demokratlar Partiyasının ən tanınmış simalarından biri olduğunu vurğulayırlar. Baxmayaraq ki, rəsmi tərəfdən hələ heç bir bəyanat verilməyib, onun son kampaniya dövründə topladığı maliyyə vəsaitləri və qurduğu geniş seçici şəbəkəsi gələcək namizədlik üçün mühüm baza hesab olunur.
ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.
Tramp Kuka yazdığı məktubu sosial şəbəkədə paylaşaraq, FED qanununa istinadən onun dərhal vəzifədən kənarlaşdırıldığını bildirib. Bu addım, FED-in 111 illik tarixində bir prezident tərəfindən idarə heyəti üzvünün vəzifədən azad edilməsi ilə bağlı ilk hadisə kimi qeydə alınıb. Tramp, Kukun iki həftə arayla Miçiqan və Corciyada iki fərqli mülkü əsas iqamətgah kimi göstərərək ipoteka sənədlərində yalan ifadələr işlətdiyini iddia edib. O, bu davranışın FED-in etibarlılığına xələl gətirdiyini və Kukun vəzifədə qalmasının qəbuledilməz olduğunu vurğulayıb.
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” məqsədilə yaradılan komissiyanın ilk iclası 5 avqust 2025-ci il tarixində keçiriləcək. TBMM sədri Numan Kurtulmuş komissiya üzvlərini Mərasim Salonunda keçiriləcək iclasa dəvət edib.