BAKI,VOA, Fərid Mikayılov
ABŞ-ın İranla münaqişəsi qlobal güc balansına təsiri baxımından yeni müzakirələr doğurub.
VOA xəbər verir ki, Bloomberg nəşrinin təhlilinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trump dövründə İranla aparılan hərbi kampaniya Vaşinqtonun beynəlxalq mövqeyini zəiflədib.
Analitik materialda qeyd olunur ki, müharibə və sonrakı həssas atəşkəs prosesi ABŞ-ın strateji üstünlüyünün zəiflədiyi barədə qlobal təsəvvür formalaşdırıb.
Bildirilib ki, Avropa və Yaxın Şərqdəki diplomatik mənbələr bu vəziyyətin Çin və Rusiya kimi rəqib gücləri daha da cəsarətləndirdiyini vurğulayır.
Analizdə qeyd edilir ki, ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq İranı geri çəkilməyə məcbur edə bilməməsi Vaşinqtonun təsir imkanlarının məhdudlaşdığı görüntüsünü yaradıb.
Eyni zamanda, Tramp administrasiyasının NATO müttəfiqlərinə yönəlik sərt ritorikası və alyansdan çıxmaqla bağlı açıqlamaları Qərb blokunda etimadın zəifləməsinə səbəb olub.
Mütəxəssislər hesab edir ki, münaqişə zamanı baş verən hərbi itkilər və uğursuzluqlar ABŞ-ın “qələbə” ritorikasını şübhə altına alıb, gərginliyin artması isə Vaşinqtonun diplomatik manevr imkanlarını daraldıb.