Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Hindistan bu ay ABŞ tərəfindən sanksiyaya məruz qalan və İranla əlaqələndirilən üç neft tankerini saxlayıb.

    AzerVoice xəbər verir ki, rəsmi mənbə Hindistanın dəniz zonasında qanunsuz ticarətin qarşısını almaq məqsədilə nəzarəti gücləndirdiyini bildirib.

    Məlumata əsasən, saxlanılan gəmilər “Stellar Ruby”, “Asphalt Star” və “Al Jafzia” adlanır. Bildirilir ki, həmin tankerlər hüquq-mühafizə orqanlarından yayınmaq üçün tez-tez ad və qeydiyyat dəyişdiriblər. Onların sahiblərinin isə xaricdə yerləşdiyi qeyd olunur.

    Hindistan hakimiyyəti fevralın 6-da “X” platformasında şübhəli fəaliyyət aşkar edildiyini və Mumbaydan təxminən 100 dəniz mili qərbdə üç gəminin saxlanıldığını açıqlamışdı. Sonradan paylaşım silinsə də, mənbə tankerlərin əlavə araşdırma üçün Mumbaya müşayiət olunduğunu təsdiqləyib.

    İran dövlət mediası isə Milli İran Neft Şirkətinə istinadla saxlanılan tankerlərin şirkətlə heç bir əlaqəsinin olmadığını bildirib.

    Mənbənin sözlərinə görə, Hindistan Sahil Mühafizəsi hazırda dəniz zonasında 24 saatlıq nəzarət üçün 55 gəmi və 10-12 təyyarə cəlb edib.

    Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ötən il adıçəkilən tankerlərlə eyni IMO nömrələrinə malik gəmilərə qarşı sanksiyalar tətbiq etmişdi. Məlumata görə, iki tanker İranla əlaqələndirilir və 2025-ci ildə İrandan Cibutiyə yanacaq daşıyıb.

    #İran #ABŞ #Hindistan #Milli İran Neft Şirkəti #Hindistan üç sanksiyalı tankeri saxladı #İranla əlaqəli gəmilər Mumbay yaxınlığında tutuldu #Hindistan dəniz nəzarətini gücləndirdi #ABŞ sanksiyaları fonunda yeni hadisə #Sanksiyalı neft daşımalarına qarşı əməliyyat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    25 Avqust 2026 14:28

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    25 Avqust 2026 12:03

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    24 Avqust 2026 22:06

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    24 Avqust 2026 21:53

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    24 Avqust 2026 21:42

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    24 Avqust 2026 21:39

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    24 Avqust 2026 20:56

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    24 Avqust 2026 20:38

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    24 Avqust 2026 19:50
    XƏBƏR LENTİ

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.