#Sanksiyalı neft daşımalarına qarşı əməliyyat

Hindistan bu ay ABŞ tərəfindən sanksiyaya məruz qalan və İranla əlaqələndirilən üç neft tankerini saxlayıb. Məlumata əsasən, saxlanılan gəmilər “Stellar Ruby”, “Asphalt Star” və “Al Jafzia” adlanır. Bildirilir ki, həmin tankerlər hüquq-mühafizə orqanlarından yayınmaq üçün tez-tez ad və qeydiyyat dəyişdiriblər. Onların sahiblərinin isə xaricdə yerləşdiyi qeyd olunur.