Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    İran ABŞ-nin ölkənin nüvə obyektlərinə mümkün hücum təhdidlərinin qlobal nüvə silahlarının yayılmasının qarşısının alınması rejimi baxımından ciddi nəticələr doğura biləcəyini bildirərək Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) rəsmi müraciət ünvanlayıb.

    AzerVoice xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisi yanında Daimi Nümayəndəliyi tərəfindən MAQATE-nin baş direktoru Rafael Qrossiyə göndərilən məktubda İranın dinc xarakterli nüvə proqramına yönəlmiş təhdidlərdən ciddi narahatlıq ifadə olunub.

    Məktubda bildirilib ki, bu cür təhdidlərin normallaşdırılması Agentliyin etibarlılığına xələl gətirir və yoxlama fəaliyyətləri üzərində formalaşmış beynəlxalq etimadı sarsıdır. Sənəddə vurğulanıb ki, bu cür yanaşmalar qlobal nüvə silahlarının yayılmasının qarşısının alınması sisteminə ciddi zərbə vurur.

    İran tərəfi sözügedən təhdidlərin açıq şəkildə pislənməsinin vacibliyini qeyd edərək, “məsuliyyətsiz” mövqe nümayiş etdirən şəxslərin cavabdehliyə cəlb olunmasına çağırıb.

    ABŞ Prezidenti Donald Trampın bir neçə gün əvvəl Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüş zamanı İrana qarşı hücum təhdidləri səsləndirməsi Tehranın sərt reaksiyasına səbəb olub.

    #İran #BMT #ABŞ #MAQATE #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #Rafael Qrossi #İran-ABŞ münasibətləri #ABŞ İran toqquşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16
    XƏBƏR LENTİ

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.