#MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın Buşehr nüvə stansiyasındakı vəziyyətin izlənildiyini bildirib. O, ABŞ zərbələri ilə bağlı yayılan məlumatlardan sonra agentliyin obyekt ətrafındakı vəziyyəti nəzarətdə saxladığını açıqlayıb. Qrossi nüvə obyektlərinə qarşı istənilən hücumun qəbuledilməz olduğunu vurğulayıb. İran mediasının məlumatına görə, MAQATE rəhbəri Buşehr stansiyasına hər hansı zərər dəydiyini təsdiqləməyib. Buşehr nüvə obyekti İranın enerji və nüvə proqramının mühüm hissələrindən biri hesab olunur. Regionda artan hərbi gərginlik fonunda nüvə obyektlərinin təhlükəsizliyi beynəlxalq təşkilatların əsas diqqət mərkəzindədir. MAQATE vəziyyəti izləməyə davam etdiyini bildirib.

Rosatom İranın nüvə proqramı üzrə kompromis əldə edilməsinə çağırıb. Şirkət rəhbəri Aleksey Lixaçev Buşehr AES-in prioritet olduğunu bildirib. O, Rusiya mütəxəssislərinin tezliklə İrana qayıdacağını qeyd edib. Rosatom MAQATE-nin iştirakı ilə razılaşmanın vacibliyini vurğulayıb. Təşkilat bütün tərəflərin maraqlarının nəzərə alınmasını istəyib. Buşehr AES-in əvvəlki hücumlar zamanı zərər gördüyü bildirilir. Rusiya nüvə təhlükəsizliyinin vacibliyini ön plana çəkib. Mövzu İranın nüvə proqramı ətrafında diplomatik gərginlik fonunda gündəmdə qalır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) Ukraynadakı Zaporijya Atom Elektrik Stansiyasınin xarici elektrik təchizatını müvəqqəti olaraq yenidən itirdiyini açıqlayıb. MAQATE rəhbəri Rafael Qrossi vəziyyətin səbəbinin hələlik məlum olmadığını, lakin hadisənin nüvə təhlükəsizliyi ilə bağlı risklərin davam etdiyini göstərdiyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi Moskvada Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçov ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyin nüvə təhlükəsizliyinə təsirləri barədə xəbərdarlıq edib. Qrossi regiondakı nüvə obyektlərinin hazırkı durumunu "son dərəce həssas" kimi qiymətləndirərək, nüvə faktorunun ön plana çıxdığı yeni bir münaqişə dalğasının şahidi olduqlarını bildirib. O, hazırda sülh və müharibə arasında "incə bir xətt" üzərində yeridiklərinə işarə edərək, hərbi əməliyyatların mümkün qədər tez başa çatmasının və danışıqlar masasına qayıtmağın zəruriliyini vurğulayıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüş keçirib. Alparslan Bayraktar bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Türkiyənin nüvə enerjisi sahəsində inkişafında mühüm rol oynayır. Nazir həmçinin Rafael Qrossinin daha əvvəl Akkuyu Atom Elektrik Stansiyasında olduğunu xatırladıb.

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə axşamı Moskva şəhərinə səfər edib. Səfər ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə münasibətlərindəki böhran və Qərb ilə nüvə sazişi ətrafındakı davam edən fikir ayrılıqları fonunda baş tutub. Əraqçinin gəlişindən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov İran dövlət mediasına bildirib ki, MAQATE İranla işləyərkən neytral mövqe nümayiş etdirməlidir. Lavrov qeyd edib ki, MAQATE iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri pisləməyib, baxmayaraq ki, agentliyin həmin obyektləri nəzarətdə saxlamaq səlahiyyəti var idi. Onun sözlərinə görə, bu addım bütün qayda və normaların açıq pozulması idi və İAEƏ-nin fəaliyyəti İranda heç kimi razı salmayıb.

İran MAQATE-nin baş direktoru Rafael Qrossinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini kəskin tənqid edərək, onun bu posta uyğun olmadığını bəyan edib. Tehran BMT Təhlükəsizlik Şurasında çıxış edərək, növbəti Baş katibin seçilməsində ədalətli, şəffaf və prinsipial prosesin vacibliyini vurğulayıb. BMT-də İranın daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında çıxışında bildirib ki, İrana qarşı sülhməramlı nüvə obyektlərinə yönəlmiş qanunsuz hərbi hücumlara səssiz qalan şəxslər BMT kimi təşkilata rəhbərlik etmək üçün etibarlı fiqur sayıla bilməz.

İranın Nüvə Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ölkənin mülki nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini bildirərək, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivələrinə tam riayət edəcəyini vurğulayıb. Bu, Tehran fəaliyyətləri ilə bağlı siyasi səbəblərlə irəli sürülə biləcək ittihamlardan çəkinmək məqsədi daşıyır. İslami, müasir dünyada “cangüdümlü qanun və ikili standartlar”ın hökm sürdüyünü qeyd etsə də, MAQATE-nin BMT-yə tabe olan bir qurum olduğunu bildirərək, İranın “qaydaları pozmaq iddialarından qorunmaq üçün çərçivələrə riayət etməsinin vacib” olduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi yapon həmkarı Toşimitsu Motegi ilə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı telefon danışığı aparıb. Əraqçi söhbət zamanı Motegini yenidən Yaponiya xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Tərəflər siyasi, iqtisadi və ticarət sahələrində mövcud əməkdaşlıq vəziyyətini və əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüş zamanı Əraqçi həmçinin İranın nüvə proqramı ilə bağlı son proseslərə toxunub və ABŞ ilə üç Avropa ölkəsinin — Böyük Britaniya, Almaniya və Fransanın — bu mövzudakı siyasi mövqelərini və addımlarını şərh edib.

İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin nüvə obyektlərinin yoxlanılması üçün yeni çərçivə və protokolların yaradılması zəruridir. Əraqçi Fransada verdiyi müsahibədə bildirib ki, MAQATE-nin son qərarında İranın bombalanmış nüvə obyektlərinə yaxınlaşma riskləri nəzərə alınmayıb. Onun sözlərinə görə, zədələnmiş obyektlərin yoxlanılması hazırda təhlükəlidir, çünki amerikalıların yeni hücum riski, partlamamış sursat və radioaktiv və kimyəvi çirklənmə təhlükəsi mövcuddur.