Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Trampdan Qəzzaya dair 20 maddəlik sülh planı

    30 Sentyabr 2025 09:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampdan Qəzzaya dair 20 maddəlik sülh planı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp, İsrail və Fələstin arasında sülhün təmin olunması üçün 20 maddəlik Qəzza planını açıqlayıb. Plana əsasən, ABŞ hər iki tərəfi dialoqa təşviq edəcək və razılıq əldə olunarsa, hücumlar dayandırılacaq. Trampın sözlərinə görə, plan bölgədə daimi sabitliyin yaradılmasına yönəlib.

    AzerVoice xəbər verir ki, planın əsas bəndlərinə görə, İsrail Qəzzanı ilhaq etməyəcək və bölgəni işğal etməyəcək. Eyni zamanda, Fələstinlilər Qəzzanı tərk etməyə məcbur edilməyəcək. Qəzza zolağına dərhal humanitar yardım göndəriləcək və bu yardım Birləşmiş Millətlər Təşkilatı ilə Qızıl Aypara vasitəsilə çatdırılacaq. Həmçinin bölgəyə müvəqqəti beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcək. Bu qüvvələrin tərkibində ABŞ, ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlar təmsil olunacaq.

    Plan çərçivəsində HƏMAS-ın saxladığı girovları azad edəcəyi, İsrailin isə min 700 əsir və 250 fələstinli məhkumu sərbəst buraxacağı bildirilib.

    Donald Tramp Qəzzanın yenidən qurulması üçün ayrıca iqtisadi inkişaf planı hazırlanacağını da açıqlayıb. Bölgədə ictimai xidmətlər və bələdiyyələrin fəaliyyətinə texnokratlardan ibarət keçid komitəsi nəzarət edəcək. Bu komitəyə həm fələstinli mütəxəssislər, həm də beynəlxalq ekspertlər daxil olacaq.

    Yeni yaradılacaq “Sülh Şurası” adlı beynəlxalq orqan keçid komitəsinin fəaliyyətinə nəzarət edəcək. Sülh Şurasına isə birbaşa Donald Tramp rəhbərlik edəcək. Mümkün üzvlər arasında keçmiş Böyük Britaniya Baş naziri Toni Bleyerin də adı keçir.

    Planın təqdimatı zamanı Tramp ötən həftə Nyu-Yorkda keçirilən görüşlərdə bu təşəbbüsə dəstək verən ölkələri sadalayıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə xüsusi vurğu edib. “Prezident Ərdoğan mənim dostumdur. Güclü adamdır, yaxşı adamdır,” – deyə Tramp bildirib.

    İsrail Baş naziri Benyamin Netanyahu Trampın planını qəbul etdiyini açıqlayıb. HƏMAS isə məsələ ilə bağlı yazılı heç bir bildiriş almadıqlarını bəyan edərək, planın daha çox İsrailin baxışına uyğun olduğunu bildirib.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Trampın fərmanları #Trampın iddiaları #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #HƏMAS və Qəzzanın gələcəyi #Donald Tramp 2025 siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    18 İyul 2026 22:45

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Ralf Norman Cənubi Karolinadan Senata namizədliyini irəli sürüb

    18 İyul 2026 19:29

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.