Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Netanyahu Belçikanın Fələstini tanımaq qərarına görə ölkənin baş nazirini "zəif lider" adlandırıb

    3 Sentyabr 2025 19:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu Belçikanın Fələstini tanımaq qərarına görə ölkənin baş nazirini "zəif lider" adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb.

    AzerVoice-un məlumatına görə, Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib.

    Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”

    Qeyd edək ki, Belçikanın xarici işlər naziri Maksim Privo açıqlamasında ölkəsinin bu ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası iclaslarında Fələstin dövlətini tanıyacağını bildirib. Bununla da Belçika Fransanın və Kanadanın da daxil olduğu digər dövlətlərə qoşulacaq.

    “Belçika BMT Baş Assambleyası çərçivəsində Fələstin dövlətini tanıyacaq! İsrail hökumətinə qarşı isə sərt sanksiyalar tətbiq olunacaq” - deyə, Privo "X" sosial şəbəkə hesabında yazıb

    Nazir əlavə edib ki, Belçika Nyu-York Bəyannaməsinə imza atan ölkələrə qoşulmaqla iki dövlətli həll yolunun tanınmasına dəstək verəcək.

    Xatırladaq ki, iyulun sonunda Fransa prezidenti Emmanuel Makron ölkəsinin sentyabrın 9-dan 23-dək keçiriləcək Baş Assambleya iclaslarında Fələstin dövlətini tanıyacağını açıqlamışdı. Bundan sonra 10-dan çox Qərb ölkəsi Fransanın bu addımını izləyəcəyini bəyan edib.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #Fransa #Belçika #Emmanuel Makron #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Fələstin dövlətinin tanınması #Fransa Fələstini tanıyır #BMT Baş Assambleyası Fələstin tanınması #Fransa Fələstini tanıyan ilk Qərb ölkəsi #G7 və Fələstin tanınması #Fransa Prezidenti Makronun Fələstini dövlət kimi tanıyacağına dair bəyanatı #G7 ölkələri arasında ilk dəfə Fələstini tanıyan Qərb dövləti kimi Fransa #Fələstin tanınması #Fransa Fələstin #Fələstin dövləti tanınma #Bart de Viver
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.