İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb. Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib. Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”
#Fransa Fələstini tanıyır
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.
Fransa Prezidenti Emmanuel Makronun İsrail-Fələstin üzrə xüsusi nümayəndəsi Ofer Bronştayn İsrailin Kanal 12 televiziyasına açıqlamasında, Fransanın sentyabrda BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyacağını və ardından Ramallahda səfirlik açmağı planlaşdırdığını bildirib. Bronştayn, müstəqil Fələstin dövlətinin İsrailin də maraqlarına uyğun olduğunu, 7 oktyabr hadisələrinin belə bir dövlət olsaydı baş verməyəcəyini qeyd edib. O, həmçinin İsrailin Qəzzaya planlaşdırdığı işğalın beynəlxalq müqavimətlə qarşılaşacağını vurğulayıb.
Fransa İsrailin baş naziri Binyamin Netanyahunun ittihamlarını rədd edib. Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstin Dövlətini tanımaq niyyətinin antisemitizmi qızışdırdığını iddia etmişdi.
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, əgər hökumət Fələstin dövlətinin tanınması ilə bağlı təklif irəli sürərsə, o, bu təşəbbüsü dəstəkləməyə hazırdır.
Macarıstan hökuməti Fələstin dövlətini tanımağı planlaşdırmadığını və bu məsələdə ilk növbədə fələstinlilər və israillilər arasında sülh razılaşmasının əldə olunmasının vacib olduğunu bəyan edib.
Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.