Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ-da Erin qasırğası ilə bağlı fövqəladə vəziyyət elan edilib

    21 Avqust 2025 11:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-da Erin qasırğası ilə bağlı fövqəladə vəziyyət elan edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ-ın Şimali Karolina ştatında “Erin” qasırğası ilə bağlı fövqəladə vəziyyət elan edilib.

    AzerVoice xəbər verir ki, Milli Qasırğa Mərkəzi (NHC) tropik fırtınadan qasırğaya çevrilən “Erin”in bu gün axşam saatlarında Şimali Karolina sahillərinə çatacağını açıqlayıb. Saatda 110 km sürətlə irəliləyən və hazırda 2-ci kateqoriya gücündə olan qasırğanın xüsusən sahilyanı ərazilərdə təhlükə yaradacağı bildirilib.

    Qasırğa səbəbindən Outer Banks bölgəsində dalğaların 7 metrə çatacağı proqnozlaşdırılır və sakinlər üçün təxliyə əmri verilib. Dövlət rəsmiləri ştat boyunca xilasetmə əməliyyatlarının aparıldığını və insanlara dənizdən uzaq durmaq barədə xəbərdarlıq edib.

    Şimali Karolina qubernatoru Coş Steyn mətbuat konfransında bildirib ki, üç sürətli su xilasetmə qrupu, 200 Milli Qvardiya əsgəri, xilasedici təyyarələr və vertolyotlar sahilboyu yerləşdirilib.

    Qeyd edək ki, 2025-ci ilin ilk qasırğası olan “Erin” son 24 saatda 1-ci kateqoriyadan 5-ci kateqoriyaya qədər güclənərək Atlantik okeanında qeydə alınan ən sürətli fırtınalardan birinə çevrilib. NHC xəbərdarlıq edib ki, qasırğa ABŞ və Kanadanın şərq sahilləri boyunca təhlükəli dalğalar və güclü cərəyanlar yaradacaq.

    #ABŞ #Fövqəladə vəziyyət #fırtına #təxliyə əmri #xilasetmə əməliyyatı #qasırğa #Erin qasırğası #Şimali Karolina ştatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    2 Sentyabr 2026 09:15

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    1 Sentyabr 2026 18:42
    XƏBƏR LENTİ

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    “Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

    Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur

    Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.