Milli Qasırğa Mərkəzi (NHC) tropik fırtınadan qasırğaya çevrilən “Erin”in bu gün axşam saatlarında Şimali Karolina sahillərinə çatacağını açıqlayıb. Saatda 110 km sürətlə irəliləyən və hazırda 2-ci kateqoriya gücündə olan qasırğanın xüsusən sahilyanı ərazilərdə təhlükə yaradacağı bildirilib. Qasırğa səbəbindən Outer Banks bölgəsində dalğaların 7 metrə çatacağı proqnozlaşdırılır və sakinlər üçün evakuasiya əmri verilib. Dövlət rəsmiləri ştat boyunca xilasetmə əməliyyatlarının aparıldığını və insanlara dənizdən uzaq durmaq barədə xəbərdarlıq edib.