Haitinin cənubunda Melissa qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində La Digue çayının daşması fəlakətə yol açıb. Nəticədə azı 25 nəfər həyatını itirib. Petit-Goave adlı sahil qəsəbəsinin meri Jan Bertrand Subreme, çayın daşması nəticəsində çox sayda evin su altında qaldığını və onlarla insanın enkaz altında qaldığını bildirib. O, hökumətə xilasetmə əməliyyatları üçün təcili yardım çağırışı edib.
#qasırğa
Havay adalarında dördüncü kateqoriyalı “Kiko” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bununla bağlı Havay ştatının qubernatoru vəzifəsini icra edən Silviya Lyuk bəyanat yayıb. “Qərar əhalinin sağlamlığını, təhlükəsizliyini və rifahını qorumaq üçün fövqəladə tədbirlərin və resursların işə salınmasını nəzərdə tutur. ‘Kiko’ qasırğası ilə əlaqədar güclü küləklər, leysan yağışlar və hündür dalğalar sentyabrın 8-də, bazar ertəsi günü ştatın bəzi hissələrinə təsir göstərə bilər” – deyə bəyanatda vurğulanıb.
Vyetnamda yaxınlaşan “Kajiki” qasırğası səbəbindən güclü yağış, daşqın və torpaq sürüşməsi riski ilə əlaqədar 586 mindən çox insanın təxliyəsinə qərar verilib. Rəsmilər bəzi çaylarda suyun səviyyəsinin artması ilə bağlı 2 və 3-cü səviyyəli xəbərdarlıqlar yayıb. Müdafiə Nazirliyi fəsadlarla mübarizə üçün 350 min hüquq-mühafizə əməkdaşı və 8 200 hərbi texnika cəlb edib. Qeyd edək ki, Çinin cənubundakı Hainan adasında da “Kajiki” ilə bağlı 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib. Bu, Sakit Okeanda bu il qeydə alınan 13-cü tayfundur.
Milli Qasırğa Mərkəzi (NHC) tropik fırtınadan qasırğaya çevrilən “Erin”in bu gün axşam saatlarında Şimali Karolina sahillərinə çatacağını açıqlayıb. Saatda 110 km sürətlə irəliləyən və hazırda 2-ci kateqoriya gücündə olan qasırğanın xüsusən sahilyanı ərazilərdə təhlükə yaradacağı bildirilib. Qasırğa səbəbindən Outer Banks bölgəsində dalğaların 7 metrə çatacağı proqnozlaşdırılır və sakinlər üçün evakuasiya əmri verilib. Dövlət rəsmiləri ştat boyunca xilasetmə əməliyyatlarının aparıldığını və insanlara dənizdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Podul tayfunu Tayvanda həyatın iflic olmasına səbəb oldu
Cənub-Şərqi Asiyada təsirini göstərən Wipha qasırğası Tayland və Laosda daşqınlar, torpaq sürüşmələri və humanitar fəlakətlə nəticələndi. Təbii fəlakət nəticəsində hər iki ölkədə ümumilikdə 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və minlərlə ev zərər görüb.
ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarında baş verən güclü tornadolar nəticəsində azı 6 nəfər həyatını itirib, əraziyə ciddi ziyan dəyib.