Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiya, ABŞ və Çin Əfqanıstan uğrunda sülh yolu ilə rəqabət aparmalıdır - Taliban

    20 Avqust 2025 11:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiya, ABŞ və Çin Əfqanıstan uğrunda sülh yolu ilə rəqabət aparmalıdır - Taliban
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb.

    AzerVoice xəbər verir ki, Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.

    “Rusiya və Çin düşünmür ki, Əfqanıstan ABŞ-ın göstərişi ilə onlara qarşı hərəkət edəcək və ya ərazisini bu məqsədlə istifadə edəcək. ABŞ da inanmır ki, Rusiya və Çin Əfqanıstanı onlara qarşı istifadə etmək istəsin. Gəlin daha yaxşısı, ticarət edək, yollar, zavodlar inşa edək, elektrik enerjisi layihələrinə sərmayə qoyaq”- deyə o bildirib.

    Nazir əlavə edib ki, digər dövlətlər də Əfqanıstana qarşı “pis niyyətlərdən” əl çəkməlidir.

    “Əfqanıstan heç bir ölkəyə qarşı düşmənçilik bəsləmir və islam şəriəti əsasında hamı ilə yaxşı münasibətlər qurmaq niyyətindədir”- deyə nazir vurğulayıb.

    Xatırladaq ki, avqustun 10-da Taliban ABŞ-dan onların hakimiyyətini tanımağı və Vaşinqtondakı səfirlik binasını geri qaytarmağı tələb edib. Hərəkatın liderinin sözçüsü Zəbiullah Mücahid bildirmişdi ki, Rusiya artıq Əfqanıstan rəhbərliyini tanıyıb, çünki “ölkənin niyyətlərini başa düşüb”. O, digər dövlətləri də oxşar addımlar atmağa çağırıb.

    #Rusiya #ABŞ #Moskva #Vladimir Putin #Donald Tramp #Çin #Si Cinpin #Kabil #Taliban #Vaşinqton #Pekin #Taliban hökuməti #Məhəmməd Yaqub Mücahid
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06
    XƏBƏR LENTİ

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.