İran gələn həftə Pakistan ilə Əfqanıstanın Taliban hökuməti arasında növbəti vasitəçilik görüşünə ev sahibliyi etməyə hazırlaşır. Tehrandakı görüşü fərqləndirən əsas məqam regional güclər Çin və Rusiyanın iştirakının gözlənilməsidir. Bu, Pakistan–Əfqanıstan xəttində artan gərginliyin daha geniş regional stabilliyə təhdid kimi qiymətləndirildiyini göstərir.
#Kabil
2001-ci ilin 7 oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Talibanın nəzarətində olan Əfqanıstana hücum əməliyyatına başladı. ABŞ və Böyük Britaniya qüvvələrinin intensiv hava bombardmanı ilə başlanan əməliyyata Fransa, Almaniya, Avstraliya və Kanada kimi ölkələr logistik dəstək göstərdi. Daha sonra Talibana qarşı mübarizə aparan Şimal İttifaqının döyüşçüləri də əməliyyata qoşuldu. Əfqanıstanın işğalı ABŞ-ın “terrora qarşı müharibə” adlandırdığı kampaniyanın ilk mərhələsi idi və 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumlarına cavab kimi həyata keçirilirdi. Bu münaqişə 20 ilə yaxın davam etdi və ABŞ tarixinin ən uzunmüddətli müharibəsinə çevrildi.
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttaki arasında telefon danışığı keçirilib. Danışıq zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Özbəkistan hökuməti qonşu Əfqanıstanada baş verən dağıdıcı zəlzələdən sonra humanitar yardım göndərib. Baş nazir Abdulla Aripov Daşkənddə Əfqanıstan səfirliyində təşkil edilən matəm mərasimində iştirak edib və zəlzələ qurbanlarının xatirəsini yad edib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Əfqanıstan xalqına humanitar yardım göndərilməsi barədə fərman imzalayıb. Türkmənistan rəsmiləri bildiriblər ki, bu təşəbbüs qədimdən gələn insani dəyərlərə əsaslanır və ölkənin həm daxildə, həm də beynəlxalq müstəvidə humanist siyasətini əks etdirir.
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb. Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.
Əfqanıstanın paytaxtı Kabil şəhərində Özbəkistan, Əfqanıstan və Pakistanın xarici işlər nazirləri arasında ilk üçtərəfli görüş keçirilib.