Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp deyir ki, Ukrayna böhranına son qoymaqda qətiyyətlidir

    18 Avqust 2025 18:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp deyir ki, Ukrayna böhranına son qoymaqda qətiyyətlidir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ prezidenti Donald Tramp bildirib ki, bütün tənqidçilərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qətiyyətlidir.

    AzerVoice xəbər verir ki, bu barədə o "Truth social" platformasında yazıb.

    “Əgər mən prezident olsaydım, Ukrayna münaqişəsi heç vaxt baş verməzdi. Mən dəqiq bilirəm nə etdiyimi və illərlə bu münaqişələr üzərində işləyib onların qarşısını almaq üçün heç nə edə bilməyən insanların məsləhətlərinə ehtiyacım yoxdur. Onlar sağlam düşüncədən, intellektdən və anlayışdan məhrum ‘axmaq’ adamlardır və yalnız Rusiya ilə Ukrayna arasındakı bu fəlakətin həllini çətinləşdirirlər” – deyə, Tramp bildirib.

    “Bütün qısqanc tənqidçilərimə baxmayaraq, mən bunun öhdəsindən gələcəyəm. Mən həmişə bunu etmişəm və indi də edəcəyəm” – deyə, o əlavə edib.

    Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər.

    #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

    27 Avqust 2026 19:59

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    27 Avqust 2026 19:47

    İran rəsmiləri Xark adasındakı neft infrastrukturuna baxış keçiriblər

    27 Avqust 2026 18:56

    İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir

    27 Avqust 2026 18:29

    Ölkədə mal qıtlığı yoxdur, əsas problem yüksək qiymətlərdir - İran

    27 Avqust 2026 18:26

    Misir və Rusiya xarici işlər nazirləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

    27 Avqust 2026 18:10

    İran genişmiqyaslı iqtisadi müharibə şəraitindədir - Qalibaf

    27 Avqust 2026 18:07

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 28 Avqust

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    Bəhreynin qeyri-neft iqtisadiyyatı regional çətinliklərə baxmayaraq 1-ci rübdə 2.2% artıb

    Mavritaniyada hakimiyyəti devirməyə çağıran ehtiyatda olan general saxlanılıb

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    Qətərin Baş naziri Tehranda İran rəsmiləri ilə gərginliyin azaldılması yollarını müzakirə edib

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.