#Ukrayna-Rusiya müharibəsi

Avropa İttifaqı Ukraynaya təqdim ediləcək yeni maliyyə dəstəyi çərçivəsində 3,2 milyard avroluq ilk ödənişin həyata keçirilməsi üçün mühüm addım atıb. Sənəddə kredit ödənişlərinin mərhələləri, maliyyə dəstəyinin şərtləri və Ukraynanın yerinə yetirməli olduğu islahatlar əks olunub. Bildirilib ki, kredit şərtlərinə demokratiya, hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmət kimi öhdəliklər daxildir.

Merkel Strasburqdakı Avropa Parlamentində keçirilən tədbirdə çıxış edərək, Rusiyanın Ukraynaya qarşı hücumlarının barışı zəiflətdiyini və ABŞ-ın yeni təhlükəsizlik doktrininin keçmiş zəmanətləri təmin etmədiyini vurğulayıb. Keçmiş kansler Avropanın sülh, rifah və demokratiya prinsiplərinə sadiq qalmasının vacibliyini qeyd edib və sosial media və süni intellektin düzgün tənzimlənməsinin informasiya axını üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün yalnız münaqişənin həlli prosesinin yekun mərhələsində mümkün ola biləcəyini bildirib. Peskov qeyd edib ki, belə bir görüşün baş tutması üçün əvvəlcədən geniş hazırlıq işləri və danışıqlar prosesinin tamamlanması vacibdir.

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi Ukrayna münaqişəsində “tamamilə təsirsiz” qalmaqda ittiham edərək, ona xarici siyasətə müdaxilə etmək əvəzinə ölkəsinin daxili problemləri ilə məşğul olmağı tövsiyə edib. Özünə məxsus "Truth Social" platformasında paylaşım edən Tramp, Almaniya hökumətinin daxili siyasətini sərt tənqid atəşinə tutub. O bildirib ki, kanser Merts vaxtını İranın nüvə təhdidini ortadan qaldırmağa çalışanlara mane olmaq əvəzinə, Almaniyadakı "bozuk" enerji və miqrasiya sistemini düzəltməyə sərf etməlidir. Tramp Almaniyanın hazırkı vəziyyətini "dağılmış ölkə" kimi xarakterizə edib.

Ukrayna Macarıstan tərəfindən müsadirə edilmiş iri məbləğdə vəsaitlərin geri qaytarılmasını tələb edir. Prezident bildirib ki, sözügedən vəsaitlər Ukraynanın dövlət bankı olan Oşadbanka məxsusdur və onların geri qaytarılması Kiyev üçün prioritet məsələdir. Zelenski, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanı sərt tənqid edərək vəsaitlərin qanunsuz şəkildə saxlanıldığını iddia edib.

Avropa İttifaqı ABŞ-İran müharibəsi fonunda Ukrayna ilə bağlı strategiyasını yenidən qiymətləndirir. Qeyd olunur ki, Avropa ölkələri Ukraynada korrupsiyaya qarşı mübarizə institutlarının əsas dəstəkçilərindən biri olaraq qalır və bu istiqamətdəki siyasət dəyişiklikləri daxili siyasi balanslara da təsir göstərə bilər.

İstanbul Boğazından 15 mil məsafədə, Qara dəniz sularında xam neft daşıyan Türkiyəyə məxsus "ALTURA" tankerinə pilotsuz uçuş aparatı (PUA) isabət edib. İstanbul mərkəzli "Pergamon Denizcilik" şirkətinə məxsus olan və 140 min ton neft yükləyən gəmidə güclü partlayış baş verib. Hadisə nəticəsində tankerin həm göyərtəsinə, həm də maşın bölməsinə ciddi ziyan dəyib. Verilən məlumata görə, gəmi maşın bölməsindən su almağa başlayıb. Hadisə yerindən gələn təcili yardım çağırışından sonra Sahil Mühafizə xidməti və "Nene Hatun" təcili müdaxilə gəmisi dərhal əraziyə cəlb olunub. Sevindirici haldır ki, gəmidəki 27 nəfərlik türk heyəti arasında xəsarət alan olmayıb və dənizçilərin sağlamlıq vəziyyəti yaxşıdır.

Ukrayna Prezidenti Volodimir Zelenski İngiltərə və Fransanın nüvə silahı verməsi ehtimalı ilə bağlı danışarkən, belə bir təklif almadıqlarını, lakin təklif olunarsa, bunu məmnuniyyətlə qəbul edəcəklərini bildirib. O, Rusiyanın bu mövzudakı ittihamlarının əsassız olduğunu qeyd edib. Cəbhədəki vəziyyəti dəyərləndirən Zelenski, itirilmiş torpaqları geri almağın hazırda böyük insan itkisi hesabına başa gələcəyini, lakin bu ərazilərdən imtina etməyəcəklərini vurğulayıb. Prezidentin sözlərinə görə, əsgərlərin geri çəkilməsi Rusiyanın daha 200 min insanı əsir götürməsi və qətlə yetirməsi deməkdir. O, bu bölgələrin həm Ukraynanın müdafiə xətti, həm də "qırmızı xətti" olduğunu deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib. Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib. Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə Humanitar Yardım Koordinatoru Mattias Şmale, 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsinin beşinci ilinə qədəm qoyması ilə bağlı Cenevrədə həftəlik mətbuat konfransı keçirib. Şmale bildirib ki, müharibənin yaratdığı ağır humanitar böhran nəticəsində hazırda Ukraynada 10,8 milyondan çox insan təcili humanitar yardıma ehtiyac duyur. Bu rəqəm ölkə əhalisinin təxminən dörddə birini təşkil edir və bura Rusiya tərəfindən işğal edilmiş ərazilərdə yaşayan bir milyona yaxın şəxs də daxildir.

Avstraliyanın Baş naziri Entoni Albanizi, Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə etdiyi açıqlamada Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib. Baş nazir sosial media hesabı vasitəsilə bildiriş yayaraq, Rusiyanın hərəkətlərinin beynəlxalq hüququ kobud şəkildə pozduğunu, bu əməllərin "qeyri-qanuni və qəbulolunmaz" olduğunu vurğulayıb. Yeni sanksiya paketi Rusiya ilə əlaqəli 180 fiziki şəxs, müəssisə və xüsusilə Rusiyanın beynəlxalq məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" məxsus gəmiləri hədəf alır.

Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.