Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Uoltsun Netanyahu ilə İran barədə müzakirələr aparması Trampı qəzəbləndirib

    3 May 2025 19:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Uoltsun Netanyahu ilə İran barədə müzakirələr aparması Trampı qəzəbləndirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-ın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun İsrailin baş naziri Benyamin Netanyahu ilə İranın hədəfə alınmasını müzakirə etməsi, ABŞ prezidenti Donald Trampın narazılığına səbəb olub.

    AzerVoice xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

    Mənbələrə görə, Uoltsun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan sonuncu amil onun Signal messencerində yaratdığı qalmaqal olub. Lakin bundan əvvəl o, Trampı Netanyahu ilə fevralın 4-də Ağ Evdə keçirilən görüş ərəfəsində İsrail baş naziri ilə İrana qarşı güc tətbiqi variantlarını fəal şəkildə koordinasiya etməklə qəzəbləndirmişdi. Tramp özü bu məsələdə diplomatik həll yollarına üstünlük verir. Administrasiyanın bəzi üzvləri düşünürdülər ki, Uolts İsraillə sıx əməkdaşlıq quraraq, ABŞ-ı hərbi qarşıdurmaya sövq etməyə çalışırdı.

    Qeyd edək ki, Mayk Uolts Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsində idi. Hazırda bu vəzifəni müvəqqəti olaraq dövlət katibi Marko Rubio icra edir.

    Tramp Uoltsun namizədliyini ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə irəli sürüb. Onun təyinatı ABŞ Konqresinin Senatında Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılmalı və daha sonra səsverməyə təqdim olunmalıdır. Hazırda Respublikaçılar Senatda 53 yerə sahibdir.

    #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Marko Rubio #Mayk Uolts
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

    28 Avqust 2026 10:41

    Dəniz blokadası İran iqtisadiyyatını çökdürəcək - Bessent

    28 Avqust 2026 10:21

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    Qətərin Baş naziri Tehranda İran rəsmiləri ilə gərginliyin azaldılması yollarını müzakirə edib

    27 Avqust 2026 21:49

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

    27 Avqust 2026 19:59

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    Qətərin Baş nazirinin Tehran səfərində Hörmüz boğazı əsas mövzulardan biridir

    27 Avqust 2026 19:50

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    27 Avqust 2026 19:47
    XƏBƏR LENTİ

    Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

    Norveç Kralı vəfat etdi

    Cakarta və Küveyt arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

    Qüdsdə rahibəyə hücum edən israilli məskun niyə bəraət aldı?

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

    Səudiyyədə zavodlar üçün alternativ maliyyə kanalları - fintex tərəfdaşlarının sayı artırıldı

    Macidə Əl-Ruminin ən gözəl eşq mahnısı - Sənə söz vermişdim

    Dəniz blokadası İran iqtisadiyyatını çökdürəcək - Bessent

    BƏƏ-nin əmlak bazarında on milyardlarla dollarlıq canlanma

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.